Qısa məzmun
Ə/h 900 AZN. Crocus Construction Elektrik montyoru vəzifəsi üzrə vakansiya elan edir. Nahar və nəqliyyat servisi şirkət tərəfindən təmin olunur.
Əsas vəzifə və öhdəliklər:
- Elektrik avadanlığının təmiri və istismarı üzrə müxtəlif elektrik maşınlarının, elektrik cihazlarının, istənilən elektrik və gərginlikli və avtomatlaşdırılmış xətlərin elektrik cihazlarının çeşidlərini, elektrik sxemlərini, düzgünlüyünü yoxlamaq üsullarını və qaydalarını;
- Avtomatik tənzimləmə sxemləri və onların tənzimlənməsi metodları; elektron sistemlər, alovlandırıcı qaynaq maşınlarına xidmət qaydaları; 3.Elektrik kabellərin,maşınlarının, elektrik cihazlarının kompleks sınaq üsulları;
- Birxəttli elektrik diaqramlarının tərtib edilməsi və oxumaq qabiliyatı və digər texniki sənədlərin tərtib edilməsi qaydaları;
- Yarımstansiyaların 0.4kV hissəsindən anlayışı olmalıdır;
- Dəzgah, elektrik motoru, sahə elektrik panellərinin qaydalara uyğun ilaraq montaj və təmir işləri;
- Genetator, transformator, 0.4kV paylayıcı panellərlin və müxtəlif elektrikli əl alətləri və qaynaq apparatlarının istismar zamanı xdmət və təmir işləri;
- Verilmiş tapşırıqlara əsasən elektrik yuvalarının quraşdırılması və verilmiş elektrik sxemləri üzrə işlərin görülməsi;
- Elektrik verilişi və digər işlər üzrə layihələndirmə işlərində iştirak etmək;
- Tələb olunan elektrik kabel, naqil və s. elektrik cihazlarının, qurğularınin quraşdırılması;
- Güc və işıqlandırıcı şəbəkələrdə tənzimləyici aparatlarda və elektrik mühərriklərində nasazlıqların aşkar edilməsi və sadə zədələnmələrin aradan qaldırılması;
- Mürəkkəb olmayan işıqlandırıcı armaturun elektrik açarlarının, ştepsel qablarının, divar patronlarının qurulması işini yerinə yetirilməsi;
- Kabel və məftillərin uclarının kəsilməsi, preslənməsi və sonluqların lehimlənməsi
- İlk yardım qaydalarını bilmək;
- İstehsalat sanitariyası və yanğından mühafizə qaydalarını bilmək;
- Bilavasitə rəhbərliyin əmrləri və təlimatları icra etmək;
- Əmək intizamına, iş yerində davranış standartlarına, SƏTƏM qaydalarına ciddi riayət etmək;
Tələb olunanlar:
- Təhsil dərəcəsi: Orta (Müvafiq sahə üzrə Azərişıq ASC və ya “Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi” tərəfindən razılaşdırılmış təlim müəssisələrində təlim almış, hər il təkrar bilik yoxlamasından keçmiş və sertifikatlı olması vacibdir)
- Təcrübə: Sahə üzrə ən az 3 il
İş barədə məlumat:
- “Crocus Construction” MMC, Nardaran qəsəbəsi.
Ə/h 900 AZN. Qrafik 6/1, 09:00-18:00
Koroğlu metrosundan nəqliyyat servisi şirkət tərəfindən təmin edilir.
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər, növbəti elektron ünvana CV göndərə bilərlər: recruitment@seabreeze.az