Qısa məzmun
Facility Management Group Elektrik / Mexanik vəzifəsi üzrə vakansiya elan edir.
Elektrik:
- Müəssisə elektrik stansiyalarında, transformatorlu elektrik yarımstansiyalarında mürəkkəb olmayan işlərin – onların söndürməsi, transformatorların, cərəyan açarlarının, ayırıcıların və s. konstruktiv elementlərinin sökülməsi ilə yerinə yetirilməsi.
- Elektrik avadanlıqlarının yüklənməsinin tənzimlənməsi.
- Partlayış təhlükəsi olmayan armaturun təmiri, sazlanması və qurulması.
- Gərginliyi 1000 V-dan yuxarı olan naqillərin kəsilməsi, birləşməsi, izoləsi və lehimlənməsi. Gücü 50 kVt-dan yuxarı olan günəş və külək enerji qurğularına xidmət və onların təmiri.
- Elektrik avadanlıqlarının təmiri, onlara baxış və texniki xidmətində iştirak etmək, elektrik cihazları, elektromaqnit, maqnitoelektrik və elektrodinamik sistemlərinin sökülməsi, sazlanması və xidməti üzrə işlərin yerinə yetirilməsi.
- Transformator, elektrik açarı, reostat, idarə postu, maqnit buraxıcıları, əlaqələndiricilər və digər mürəkkəb olmayan aparaturanın təmiri. Yüksək ixtisaslı elektrik montyorunun rəhbərliyi altında müxtəlif mürəkkəb işlərin yerinə yetirilməsi.
- Kran və yükqaldırıcı maşınlardan istifadə etməklə takelaj əməliyyatlarının yerinə yetirilməsi.
- Trassa kabeli və xətlərin çəkinməsində iştirak etmək.
- Akkumulyator batareyalarının sazlanması.
- Cihaz və avadanlıqların xaricdən rənglənməsi.
- Elektrik avadanlıqlarının yenidən quraşdırılması.
- Çertyoj üzrə izoləedici materialların emalı.
- Sadə montaj və prinsipial sxemlərin markalanmasının yoxlanılması.
Mexanik
- Su təchizat, İsitmə-soyutma və havalandırma sistemlərə ait bütün mexanik hissələrin və parçaların nəzarət sazlama və təmir işləri ilə məşğul olur.
- Müvəqqəti təmir, əsaslı təmir, işlənilən materialların hesablanması və təchizi, iş alətlərin hesablanması və təchizi
- Təmir və baxım proseslərin proseduraları
Xahiş edirik CV-lərinizi işləmək istədiyiniz vəzifənin adını qeyd etməklə göndərəsiniz.