Elektrik
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

İşin təsviri:

  • Stansiyanın elektrik təchizatı sisteminə, elektrik avadanlıqlarına düzgün xidmətin göstərilməsinin və onların qəzasız işləməsinin təmin edilməsi;
  • Növbə ərzində stansiyanın elektrik qurğu və avadanlıqlarına, elektrik təchizatı sisteminə, elektrik paylayıcı quruluşlarına baxışın keçirilməsi və bunların saz vəziyyətdə olmasının, qəzasız və dayanıqlı işləməsinin, onların düzgün istismarının təmin edilməsi;
  • Elektrik xətlərinin zədələnməsi və qəza hallarının qarşısının alınmasının və qurğularda, quruluşlarda, elektrik xətlərində, baş vermiş qüsur, nasazlıq, qəzaya və digər zərərlərə səbəb ola biləcək hadisələrin vaxtında və keyfiyyətlə aradan qaldırılmasının təmin edilməsi;
  • Qaynaq aparatının elektrik şəbəkəsinə qoşulmasının yerinə yetirilməsi; Ərazidə, xidməti-texniki otaqlarda, sex və sahələrdə, zallarda işıqlandırıcıların, elektrik açarlarının, yuvalarının, projektorların, divar patronlarının quraşdırılmasının yerinə yetirilməsi;
  • Lumen set işıqlandırıcılarının start tənzimləyicisi aparatlarının dəyişdirilməsi, istehsalçı zavodun qurğuların istismar şəraiti və iş rejiminə dair təlimatının tələblərinə əməl edilməsi;
  • Elektrik xətlərinin montajının, zəruri hallarda ayrı-ayrı hissələrdə elektrik xətlərinin dəyişdirilməsinin, yenisi ilə əvəz olunmasının həyata keçirilməsi.

Tələb olunan təhsil, təcrübə və bacarıqlar:

  • Peşə təhsili, sahə üzrə 1 il təcrübə;
  • Motivasiya, komanda işi, nəticəyönümlülük, etibaryaratma, məsuliyyət kimi fərdi keyfiyyət meyarlarına, diqqətlilik, intizamlılıq kimi funksional keyfiyyət meyarlarına sahib olmalı.

Müraciət etmə qaydaları:

  • Maraqlanan namizədlərdən aşağıda link vasitəsilə “Azərbaycan Dəmir Yolları” QSC-nin rəsmi karyera portalına keçid edərək vakansiyaya müraciət etmələri xahiş olunur:
  • Son müraciət tarixi : 09.08.2023

https://career.ady.az/Vacancy/Get?id=4247#vp

Yalnız vakansiyanın tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

Oxşar vakansiya siyahısı:

Mexanik

Embawood MMC Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Embawood

18.04.2024 - Xırdalan

800 — 1000 ₼
Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis

“Azprotein Foods Group” MMC  “Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis”  vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

04.04.2024 - Bakı