Qısa məzmun
VELİEV MMC Elektrik vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə və Öhdəlikləri:
- Istehsal qurğularının mövcud proqram təminatlarında texniki sorğular üzrə tələblərin icrası və proseslərin optimallaşdırılması;
- Proqram təminatının yenilənməsi;
- Dəzgahların və elektrik avadanlıqlarının yoxlanılması, təmiri, yığılması, quraşdırılması;
- Sazlama və işə salma işlərinin aparılması və elektrik avadanlıqlarının təmir edilməsi;
- Xidmət olunan avadanlığın elektrik göstəricilərinin yoxlanılması və ölçülməsi;
Tələblər:
- Müvafiq sahə üzrə Ali təhsil;
- Müvafiq sahə üzrə 1 ildən çox iş təcrübəsi;
- Proqramlaşdırma və elektronikanın əsaslarını bilmək;
- İşinə məsuliyyətli, intizamlı olmaq;
- Komanda ilə işləmə bacarığı;
Əmək şəraiti:
- İş yeri: Sumqayıt şəhəri
- İş rejimi: 6 günlük iş həftəsi
- Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 18 Fevral tarixinədək emailin mövzu hissəsində “Elektrik” qeyd edərək hr@veliev.az elektron ünvanına göndərə bilərlər.
İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.