Elektrik
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

SOCAR Downstream Elektrik vəzifəsi üzrə vakansiya elan edir.

Texniki tələblər:

  • Elektrik yarımstansiya, orta və yüksək gərginlikli paylayıcı qurğularda təmir və əməliyyatların aparılmasına dair iş təcrübəsi;
  • Transformatorların təmirinə dair iş təcrübəsi,
  • Elektrik mühərriklərinin təmirinə dair iş təcrübəsi,
  • Generatorlarla işləmə təcrübəsi,
  • Elektrik sxemlərini bilməli,
  • Rele mühafizəsinə dair ilkin anlayışlar,
  • UPS-lər haqqında məlumatlı olmalı,
  • Partlayış təhlükəli atmosferə malik (ATEX) ərazilərdə iş təcrübəsi arzuolunandır;

Ümumi tələblər:

  • Neft və qaz və digər ağır sənaye sahələrində işləmək təcrübəsi,
  • Baxım və təmir işlərinin yerinə yetirilməsi, qurğu və avadanlıqlara xidmət sahəsi üzrə təcrübəsi,
  • Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi,
  • Təhlükəsizlik qanunvericiliyi və qaydalarını bilmək,
  • Layihənin istismara verilməsi (Commissioning) təcrübəsi (arzuolunan),
  • Layihənin istismara hazırlıq  (Start-Up) təcrübəsi (arzuolunan).

Müraciət üçün uyğun namizədlərdən CV-lərini, “mövzu” hissəsində vakansiyanın adını yazmaqla elekton ünvanına göndərmələri xahiş olunur.

Son müraciət tarixi: 25.12.2022

Qeyd: Yalnız vakansiyanın ilkin tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Oxşar vakansiya siyahısı:

500 — 700 ₼
Montajçı Elektrik

AZELKO MMC Montajçı Elektrik vəzifəsi üzrə vakansiya elan edir. ...

AZELKO MMC

20.05.2024 - Bakı