Qısa məzmun
MKT İstehsalat Kommersiya MMC şirkəti Elektrik vəzifəsi üzrə vakansiya elan edir.
Müraciət üşün linkə keçid edin: https://hr.mktcotton.com/az/job/elektrik+bti+1?sources=Jobsearch.az
Vəzifə öhdəlikləri:
- Müəssisənin enerji təchizatının fasiləsiz təmin edilməsi üçün olaraq bütün enerji təsərrüfatını yoxlayır və gündəlik olaraq baş energetikə məruzə edir;
- Elektrik avadanlıqlarının texniki cəhətdən düzgün istismarını və təmirini təşkil edir;
- Enerji təsərrüfatının istismarı üçün lazım olan ehtiyat hissələrinin əldə edilməsi üçün sifarişləri vaxtında baş energetikə məlumat verir;
- Enerji qurğularının davamlı və təhlükəsiz işinə nəzarət edir;
- Elektrik keçiricilərinin üstü açıq olmamasına nəzarət edir, qısaqapanmanın yaranmaması üçün lazımi addımları atır;
- Elektirik qurğularının, nəzarət-ölçü, elektrik cihazlarının təhlükəsiz istismarını, yeraltı qurğuların və kommunikasiyaların qorunması üzrə işlərin aparılmasını təmin edir;
- Elektrik cihazlarının təmiri və yoxlanılmasını icra edir;
- Elektrik avadanlıqlarını, həmçinin elektrik enerjisinin sərfini təhlil edir, qəzalar və onların səbəblərini haqqında baş energetikə məlumat verir;
- Enerji qurğularının daha gərgin şəraitdə işləməsi üzrə hazırlıq tədbirlərini icra edir;
- Profilaktik təmirlərin, texniki yoxlamanı yerinə yetirilməsini icra edir;
- Rəhbərlik tərəfindən təyin edilmiş digər tapşırıqların icrasını yerinə yetirir.
Tələblər:
- Elektrik və ya Elektroenergetika üzrə ali təhsil
- Müvafiq sahə üzrə 1-3 il təcrübə
Səriştələr:
- Məsuliyyətli
- Şəxsi inkişafa meylli
- Pozitiv
- Özünütəşkiletmə qabiliyyəti
- Nailiyyət yönümlü
- Etibarlı
- Dürüst
Əlavə məlumat:
- Əmək haqqı 650 AZN (gross);
- İş qrafiki: Növbəli iş rejimi;
- İş yeri: MKT İK MMC, Bakı Tekstil İdarəsi;
- Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
“MKT İK” MMC şirkəti – irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, ailə vəziyyətindən, ictimai-sosial mənşəyindən və əqidəsindən asılı olmayaraq hamı üçün bərabər imkanlar yaradan bir şirkətdir.
Əgər özünüzü bu vakansiyanın tələblərinə uyğun hesab edirsinizsə və ölkənin lider pambıq istehsalçısı olan “MKT İK” MMC-da karyeranızı davam etmək, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə aşağıdakı linkə daxil olaraq müraciət edə bilərsiniz.