Qısa məzmun
Ecobox Collection and Recycling Elektrik vəzifəsi üzrə vakansiya elan edir.
İş barədə məlumat:
- Elektrik avadanlıqlarının xidməti və təmiri;
- Güc və işıqlandırıcı şəbəkələrdə tənzimləyici aparatlarda və elektrik mühərriklərində nasazlıqları aşkar etmək və zədələnmələri aradan qaldırılmaq;
- Daha yüksək ixtisaslı elektrik montyorunun rəhbərliyi altında gərginliyi 1000 V-ə qədər olan xətlərin kəsilməsi, calaq edilməsi, izolə edilməsi və lehimlənməsi;
- İşıqlandırıcı armaturun elektrik açarlarının, ştepsel qablarının, divar patronlarının və sənaye projektorlarının sazlanması və qurulması;
- Elektrik mühərriklərinin stator və rotorlarının sarğılarının və paylaşdırıcı şəbəkənin izolyasiya müqavimətinin meqometrlə yoxlamaq;
- Xəbərdaredici elektrik cihazlarının qurulması və tənzimlənməsi;
- Xidmət olunan sahədə elektrik avadanlıqlarının yerləşməsi və qidalandırılması sxemini bilmək;
- İşıqlandırıcı armatur qurğuları, elektrik zəngləri və digər siqnalizasiya cihazlarının sazlanması və qurulması;
- Elektrik panellərinin və avadanlıqların vaxt aşırı tozdan təmizlənməsi və qulluğu.
- İş rejimi: 6 günlük iş həftəsi;
- Nahar şirkət tərəfindən verilir
- Əmək haqqı: 700 manat (NET)
- Ünvan – Bakı şəhəri
Namizədə tələblər:
- Elektrik avadanlığına texniki xidmət sahəsində 2 illik təcrübəyə malik olmaq;
- Elektrik yarımstansiyasında təcrübəyə malik olan MV (orta voltage) şəhadətnaməsi və ya iş icazəsinə sahib olmaq;
- Diqqətlilik və məsuliyyətlilik;
- Yaş: 25-40
Maraqlananlar CV-lərini hr@ecobox.az elektron ünvanına 01.11.2021-ci il tarixinə qədər göndərə bilərlər. Elektron məktubun mövzu hissəsində “Elektrik” yazmaq tələb olunur. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.