Qısa məzmun
Engin LTD Elektrik vəzifəsi üzrə vakansiya elan edir. Növbəli iş rejimində işləmək bacarığı olmalıdır.
İş barədə məlumat:
- Istehsalat anbarında bütün elektrik işləri (kiçik lampaların dəyişdirilməsi,elektrik naqillərinin çəkilməsi və xırda elektrik avadanlıq və ləvazimatlarının quraşdırılması və s.)
- İstehsalat cihazların fəaliyyətinə nəzarət
- Cihazlarda yaranan problemləri aşkarlayıb aradan qaldırmaq (öyrədiləcək)
- Yedek parçaların dəyişdirilməsi (öyrədiləcək)
- Kompressorun fəaliyyətinə nəzarət
- İşıq gərginliyini gündəlik yoxlamaq
- Elektrik panellərin ayda 1 dəfə tozdan təmizlənməsi
- Elektrikə gündəlik işlərdə yardım etmək
- Elektrikin tapşırıqlarını yerinə yetirmək
- İş rejmi: İş çox növbəlidir, həftənin beş günü növbələr aşağıdakı kimidir:
- I növbə saat 8:00-dan 16:00-dək
- II növbə saat 16:00-dan 00:00-dək
- III növbə saat 00:00-dan 08:00-dək
- Həftənin 6-cı günü növbələr aşağıdakı kimidir
- I növbə saat 8:00-da başlanır və saat 13:30-da qurtarır
- II növbə saat 13:30-da başlanır və saat 19:00-da qurtarır
- III növbə saat 19:00-da başlanır və saat 00:30-da qurtarır
Namizədə tələblər:
- Məsuliyyətli
- Mövcud sahədə iş təcrübəsi
- Elektrik sxemləri və elektrik layihələrini oxumaq bacarığı
- Mövcud sahə üzrə ali təhsil və ya peşə ixitsas təhsilinin olması üstünlükdür
- Kəsici, deşici və elektrik alətləri ilə işləməyi bilməli
- Elektrik qurğularının və elektrik avadanlıqlarının iş prinsipi haqqında biliklər
- Qeyd: yemək, nəqliyyat və işçi geyimi şirkət tərəfindən qarşılanacaq
Yuxarıda qeyd edilən tələblərə cavab verən namizədlər öz cv formalarını mövzu yerinə Elektrik yazaraq cv@engin.az elektron poçt ünvanına göndərə bilərlər.