Qısa məzmun
Baku Marriott Hotel Boulevard Elektrik vəzifəsi üzrə vakansiya elan edir.
Şöbə: Mühəndislik
Vəzifə: Elektrik
Şirkət: Baku Marriott Hotel Boulevard
Ünvan: Azərbaycan, Bakı şəh, Xəqani Rüstəmov küç 4 C
Son tarix: 31.03.2021
İşin təsviri:
- Mehmanxananın işıq/elektrik qurğularının ləvazimatlarının təmir və istismar edilməsi;
- Elektrik xətləri sistemlərinin və onlarla əlaqəli olan avtomatlaşdırılmış avadanlıqların montajı, quraşdırılması və digər elektrik sahəsi işlərinin aparılması;
- Mehmanxananın planlı-profilaktik təmir sisteminə və təmir işlərinin qeydiyyatı sisteminə aid bütün cari işlərin yerinə yetirilməsi;
- Elektrik sistemlərinin tam gücü ilə və saz vəziyyətdə işləməsini təmin edilməsi və nəzarət etməsi;
- Rəhbərliyə təmirlərin statusu və gözlənilən xərclər haqqında məlumatın verilməsi və dəyişdirilmə işlərinə baxılmasının nə vaxt münasib olacağının göstərilməsi;
- Lazımi istismar, texniki təhlükəsizlik proseduraları və bütün avadanlığın təmizlənməsi barəsində həmkarlarının təlimatlandırılması prosesində iştirak etmək;
- Lazımi ehtiyat hissələrinin inventar səviyyələrinin yaradılması və saxlanılması;
- Avadanlığın lazımi istismar və cari təmir təcrübələrinə dair işçi yığıncaqlarının keçirilməsi və/və yaxud işçi yığıncaqlarında iştirak etmək;
- Müəyyən edilmiş vaxt intervallarına müvafiq olaraq, elektrik avadanlıqlarına baxış keçirilməsi, cari təmir proqramının həyata keçirilməsi və yerinə yetirilməsi;
- Mehmanxananın elektrik avadanlığı üzrə müntəzəm yoxlamaların (servisin) aparılması və kompüter sistemində sənədləşdirilməsinə dəstək vermək;
- Növbəti baxış və yoxlamalar üçün müvafiq faylların qorunması, qeydiyyat cədvəllərinin aparılması və ehtiyatların saxlanılmasının təmin edilməsi;
- Mehmanxananın bütün sahələrində elektrik qurğuların işlək vəziyyətdə saxlanmasına cavab vermək;
- Yeni elektrik avadanlıqlarının və şəbəkələrinin quraşdırılması;
- Tərtib olunmuş cədvələ əsasən bütün elektrik avadanlıqlarının planlaşdırılmış qabaqlayıcı-profillaktiki təmirinin həyata keçirilməsi;
- Ehtiyyat hissələrinin işləmə nəticəsində yeyilməsi, zəyifləməsi, sıradan cıxması səbəblərini müəyyən edilməsi və onların qarşısının alınması və aradan qaldırılması üçün tədbirlərin görülməsi;
- Texniki xidmət və əməliyyat spesifikasiyalrı, avadanlıqların texniki şərtlərinə uyğun olaraq elektrik avadanlıqlarının, müəssisənin elektrik şəbəkələrinin və transformatorlarının düzgün istismarını və xidmətini təmin etmək;
- Elektrik cihazlarında yaranan nasazlıqları aradan qaldırılması, təmir, montaj və sazlama işlərini yerinə yetirilməsi.
Namizədə olan tələblər:
- Müvafiq sahə üzrə iş təcrübəsi (Otel sahəsində təcrübəsi olanlara üstünlük verilir);
- Elektrik mühəndisliyi üzrə texniki-peşə təhsili;
- Elektrik qurğularının və elektrik avadanlıqlarının iş prinsipi haqqında biliklər;
- Elektrik sahəsinə aid təhlükəsizlik qaydalarını bilmək;
- Elektrik sxemlərini tərtib etmək bacarığı;
- Elektrik materialları və aksesuarlarını tanımaq, xüsusiyyətlərini bilmək və onlardan istifadə etməyi bacarmaq;
- Layihələrin yerinə yetirilməsi zamanı qüvvədə olan qaydalar, standartlar və digər texniki və normativ sənədlərin tələblərinə riayət olunması;
- Komandada işləmək bacarığına sahib olmalı;
- Nizam-intizam və əmək müqaviləsi üzrə tələbləri tam məsuliyyətlə icra etmək;
- Dil bilikləri: Azərbaycan dili, İngilis dili (arzu olunan), Rus dili (arzu olunan).
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Elektrik” qeyd edərək CV-lərini careers.boulevard@absheronhotelgroup.com elektron ünvanına 31 Mart 2021-ci il tarixinədək göndərmələri xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Keyfiyyətə Nəzarət Üzrə Mütəxəssis – Hacıqabul ( İstehsal )
Hajigabul Poultry Farm Company Keyfiyyətə Nəzarət Üzrə Mütəxəssis - Hacıqabul ( İstehsal )vəzifəsi üzrə vakansiya elan edir ...