Qısa məzmun
Azərbaycan Dəmir Yolları Əlaqə mərkəzinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.
Təsvir
- Əlaqə mərkəzinə daxil olan zəngləri cavablandırmaq;
- ADY-nin sosial media kanallarına daxil olan müraciətləri cavablandırmaq;
- Buraxılmış zənglərə geri dönüş etmək;
- Müştərilərlə ünsiyyət zamanı stressli şərait yarandıqda etik davranışları və təyin olunmuş reqlamenti gözləmək;
- Müəssisənin məhsulları, xidmətləri və qaydaları barədə tam məlumatlı olmaq;
- Bütün zəngləri öncədən təyin edilmiş qayda və meyarlara uyğun cavablandırmaq;
- Daxil olan müraciətlərin təyin edilmiş qaydada qeydiyyatını aparmaq;
- Sistem, proqram təminatı və ya işlə bağlı digər bir çətinlik yarandıqda birbaşa rəhbərə xəbərdarlıq etmək;
- Məlumat bazasında hər hansı məlumat olmadıqda aidiyyəti üzrə müvafiq struktur bölmələri məlumatlandırmaq.
Tələblər
- Təhsil səviyyəsi: Ali;
- İş təcrübəsi: Müvafiq sahə üzrə ən azı 1 il;
- Dil bilikləri: İngilis/Rus dili – yaxşı səviyyədə;
- Leksik və qrammatik qaydalar üzrə biliklər;
- Sosial şəbəkə kanallarından istifadə üzrə bilik və bacarıqlar;
- Əlaqə mərkəzinin iş prinsipi;
- Əlaqə mərkəzi həlləri üzrə proqram təminatlarından istifadə qaydaları;
- Əlaqə mərkəzi keyfiyyət göstəriciləri ilə bağlı nəzəri biliklər;
- Telefonla danışıq etikası.
Oxşar vakansiya siyahısı:
Çağrı mərkəzi üzrə operator
İnci Group Of Commpanies Çağrı mərkəzi üzrə operator vəzifəsi üzrə vakansiya elan edir. ...