Qısa məzmun
Ateshgah Sigorta Əlaqə mərkəzinin mütəxəssisi (gündüz növbəsi) vəzifəsi üzrə vakansiya elan edir
Namizədə tələblər:
- Yaş: 20-45
- Xanım namizədlər
- Təhsil: Ali və ya orta
- İş təcrübəsi:Müvafiq sahədə olanlara üstünlük verilir
- Kompüter bilikləri: MS Office yaxşı səviyyədə bilməsi
- Dil Bilikləri: Rus dili (əla ),Azerbaycan dili (əla),ingilis dili(arzuolunandır)
Əsas vəzifə öhdəlikləri:
- Şirkətin qaynar xəttinə daxil olan və çıxan müraciətlərin vaxtında və keyfiyyətli şəkildə cavablandırmaq;
- Sığorta hadisələrini qəbul etmək və qeydiyyatını aparmaq;
- Müştərilərin müraciətlərinin statistikasının aparmaq
- Birbaşa rəhbərə müntəzəm şəkildə hesabatı təqdim etmək
Şəxsi keyfiyyətlər:
- Ünsiyyət qurmaq bacarığı
- Yüksək nitq mədəniyyəti
- Yüksək təqdimat bacarığı
- Stressə davamlılıq və münaqişələri həll etmə bacarığı
- Yüksək səviyyədə nitq qabiliyyəti, özünütəqdimat bacarığı
- Səlis, aydın, əmin danışıq tərzi
- Satış bacarığı, təqdimat qabiliyyəti
İş şərtləri:
- Əmək müqaviləsi bağlanılır
- İş Qrafiki: dəyişkən
- Sabit əmək haqqı ilk 3 ay sınaq müddətində və sonra (gross məbləğ) 441 – 555 AZN
Məlumatlandırıcı qeydlər:
- Zəhmət olmasa, CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun
- CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur.
- Məktubun mövzu bölməsində, vakansiyanın adını mütləq qeyd edin
- CV forması göndərmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək şəxsi keyfiyyətlərlə tanış olun və müsahibə zamanı bu keyfiyyətləri nümayiş etdirə biləcəyinizə əmin olun
- İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq
Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini e-mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Əlaqə mərkəzinin mütəxəssisi”qeyd etmələri xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Kontakt Home İradların həlli üzrə inzibatçı vəzifəsi üzrə vakansiya elan edir. ...
Ə/h razılaşma yolu ilə. FoxExpress Zəng Mərkəzinin Operatoru vəzifəsi üzrə vakansiya elan edir. ...
Azərbaycan Dəmir Yolları Əlaqə mərkəzinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Aznet Technologies QSC Təcrübə Proqramı elan edir. ...
AccessBank Mikro və Aqro müştərilər üzrə kiçik mütəxəssis/mütəxəssis/aparıcı mütəxəssis (Mingəçevir filialı) vəzifəsi üzrə vakansiya elan edir. ...