Yandex-watch
Əlaqə Mərkəzi üzrə bölmə rəhbəri peşəsi üzrə vakansiya — Azerconnect LLC — iş elanları 2021

Əlaqə Mərkəzi üzrə bölmə rəhbəri peşəsi üzrə vakansiya 2020 / 2021

Elanın müddəti bitmişdir

Azerconnect LLC Əlaqə Mərkəzi üzrə bölmə rəhbəri vəzifəsi üzrə vakansiya elan edir. Rəhbər vəzifədə 5 ildən artıq iş təcrübəsi olmalıdır.

Azerconnect LLC Vakansiya 2021

Əlaqə Mərkəzi üzrə bölmə rəhbəri
Şirkət : Azerconnect
İdarə : Müştəri Xidmətləri və Rəqəmsal Xidmətlər
İş qrafiki : Həftənin 5 günü saat 09:00-dan 18:00-dək. İşin tələblərinə əsasən ofisdən və evdən çalışa biləcəksiniz
Son müraciət tarixi : 15 Aprel 2021
Müqavilə müddəti : Daimi

Azerconnect İnformasiya və Kommunikasiya Texnologiyaları sahəsində korporativ müştərilərin ehtiyaclarına uyğun xidmətlər və optimal həllər təqdim edən B2B (Business to Business – Biznesdən biznesə) şirkətdir.

Komandamıza qoşulmaqla siz rəqabətli, yenilikçi və həvəsləndirici korporativ mühitdə yerli və xarici peşəkarlarla çalışmaq, telekommunikasiya sahəsində təcrübə və səriştə qazanmaq, karyerada irəliləmə və inkişaf etmək imkanı əldə edəcəksiniz.

Əlaqə Mərkəzi üzrə bölmə rəhbəri Müştəri Xidmətləri və Rəqəmsal Xidmətlər idarəsinin aparıcı rollarından biridir. Bu rolda sizdən müvafiq funksional sahəni və xarici bazarı dərindən başa düşmək və qabaqcıl Əlaqə Mərkəzi təcrübələrini biznes ehtiyaclarına uyğunlaşdırmaq və tətbiq etmək tələb olunmaqdadır;

Əlaqə Mərkəzi üzrə bölmə rəhbəri olaraq sizin vəzifə öhdəlikləriniz:

  • Əlaqə Mərkəzinin gündəlik fəaliyyətini idarə etmək, yəni strategiyaların tətbiqi, avadanlıqların təchizatı, resursların səmərəli şəkildə planlaşdırılması;
  • Xidmət səviyyəsi, səmərəlilik, satış və keyfiyyət göstəriciləri üzrə performans hədəflərini təyin etmək;
  • Müştəri gözləntilərini qarşılamaq və müştəri məmnuniyyətini təmin etmək üçün analitik, strateji və texniki resursları əlaqələndirmək;
  • Prosesləri yaxşılaşdırmaq üçün hesabatlar hazırlamaq və Əlaqə Mərkəzi məlumatlarını təhlil etmək;
  • Əlaqə mərkəzində hər bir qərarın mərkəzində müştərinin duracağı bir mədəniyyət formalaşdırmaq;
  • Kadr dəyişikliyinə, işdən qalma hallarına və əlavə iş saatlarına ciddi nəzarət etmək;
  •  Qeyri-səmərəli işçilər üçün fəaliyyət planları hazırlamaq;
  • Sosial şəbəkələrdə tətbiq olunan bütün sosial media platformaları üçün gündəlik praktik idarəetməni təmin etmək;
  • Sosial media ilə əlaqəli ən yaxşı təcrübələri tətbiq etmək.

Vəzifənin tələbləri:

  • Bakalavr dərəcəsi;
  • Məlumat Mərkəzi/Əlaqə Mərkəzinin idarəetməsi üzrə ən azı 3 il təcrübə;
  • Rəhbər vəzifədə 5 ildən artıq iş təcrübəsi;
  • CRM proqramı, layihə idarəetmə proqramı üzrə praktik bacarıqlar;
  • Liderlik keyfiyyətləri, işçilərə təlim vermək, onları təlimatlandırmaq və motivasiya etmək bacarığı;
  • Güclü ünsiyyət bacarıqları, ictimaiyyət qarşısında rahat çıxış və təqdimat bacarıqları;
  • Microsoft Office proqramları və Əlaqə Mərkəzi avadanlıqları/ proqram təminatları üzrə iş təcrübəsi;
  • Azərbaycan dili – əla, Rus dili – əla, İngilis dili – səlis;
  • Bəzən səyahət tələb oluna bilər.

Müraciət üçün

  • CV-nizi [email protected] mail ünvanına göndərməyinizi xahiş edirik.
    Şirkətimzdə mövcud digər vakansiyalarla tanış olmaq üçün www.azerconnect.az səhifəsinə keçid ala bilərsiniz.
    Başlıqda “Əlaqə Mərkəzi üzrə bölmə rəhbəri” qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.
    Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
750₼

Qeydiyyatçı

Dinçer&Carçıoğlu Qeydiyyatçı vəzifəsi üzrə vakansiya elan edir. Dinamik və komandada işləmək bacarığı olmalıdır.

Dinçer&Carçıoğlu BM - Bakı - 16.04.2021

Müştəri xidmətləri üzrə mütəxəssis

Ə/h razılaşma yolu ilə. 189 Delivery Müştəri xidmətləri üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Sistemdə olan sifarişlərin statusuna nəzarət etməlidir.

189 Delivery - Bakı - 16.04.2021

300 — 350 ₼

Reception 

Ə/h 300-350 AZN. Rahat Telecom Reception  vəzifəsi üzrə vakansiya elan edir. Xoş və səliqəli zahiri görünüş olmalıdır.

Rahat Telecom - Bakı - 15.04.2021

400 — 500 ₼

Operator

188 Yükdaşıma və Evakuasiya Operator vəzifəsi üzrə vakansiya elan edir. Müştəri tərəfindən verilən sualları cavablandırmalıdır.

188 Yükdaşıma və Evakuasiya - Bakı - 15.04.2021

300 — 500 ₼

Müştəri təmsilçisi

Ə/h 300-500 AZN. Safir Firması Müştəri təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. Analitik düşünmə qabliyyətinə malik olmalıdır.

Safir Firması - Bakı - 15.04.2021

600₼

Çağrı Mərkəzi operatoru

166 Yükdaşıma və Logistika Çağrı Mərkəzi operatoru vəzifəsi üzrə vakansiya elan edir. Komandada işləmək bacarığı olmalıdır.

166 Yükdaşıma və Logistika - Bakı - 14.04.2021

1500₼

Çağrı Mərkəzi rəhbəri

166 Yükdaşıma və Logistika Çağrı Mərkəzi rəhbəri vəzifəsi üzrə vakansiya elan edir. Rus dilini yaxşı səviyyədə bilməlidir.

166 Yükdaşıma və Logistika - Bakı - 14.04.2021

300 — 500 ₼

Menecer

Ə/h 300-500 AZN. Avrasiya Tərcümə Mərkəzi Menecer vəzifəsi üzrə vakansiya elan edir. Rus və İngilis dil bilikləri mütləqdir.

Avrasiya Tərcümə Mərkəzi - Bakı - 14.04.2021

350 — 400 ₼

Оператор / Модератор

İş barədə məlumat: Проверка и модерация объявлений Прием и обработка входящих звонков/писем от пользователей Доход 350-400 АЗН Обучение и тренинги Удобное месторасположение офиса Namizədə tələblər: Знание языков: письменный и разговорный азербайджанский и русский, знание английского предпочтительно Опыт работы c контентом Высокая скорость печати на компьютере Знания об автомобилях Свободное пользование ПК Ответственность и аккуратность Коммуникабельность […]

Digital Classifieds - Bakı - 14.04.2021

Çağrı mərkəzi operatoru

166 Yükdaşıma və Logistika Operator vəzifəsi üzrə vakansiya elan edir. Rus dilini yaxşı səviyyədə bilməlidir.

166 Yükdaşıma və Logistika - Bakı - 14.04.2021

CRM manager

Ə/h razılaşma yolu ilə. Kontakt Home CRM manager vəzifəsi üzrə vakansiya elan edir. Azərbaycan və rus dillərini bilməlidir.

Kontakt Home - Bakı - 14.04.2021

400₼

Resepşn

Ə/h 400 AZN. Həsənoğlu Yumşaq mebel ustası vəzifəsi üzrə vakansiya elan edir. Müxtəlif üz çəkmə növlərində fərqli parça növləri və dəri ilə işləmə təcrübəsi olmalıdır.

Həsənoğlu - Bakı - 13.04.2021

Oxşar vakansiya siyahısı:

Bizimlə əlaqə

Hər hansı bir məsələ ilə bağlı əməkdaşlarımıza müraciət edə bilərsiniz. Sorğunuz bir iş günü ərzində cavablandırılacaq.

Müraciət et