Ekspertiza şöbəsinin rəhbəri
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. PAŞA Sığorta Ekspertiza şöbəsinin rəhbəri vəzifəsi üzrə vakansiya elan edir. İngilis dilinin işlək səviyyədə olması vacibdir.

“PAŞA Sığorta” ASC namizədləri Ekspertiza şöbəsinin rəhbəri vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Vəzifə və Öhdəliklər:

  • Sığorta hadisələri üzrə iddiaların tam və düzgün tənzimlənməsi prosesinə nəzarətin təmin edilməsi;
  • Sığorta hadisələri barədə gündəlik məlumatların əldə edilməsi və prosesin tənzimlənməsi;
  • İcraatda olan işlərə ümumi nəzarətin həyata keçirilməsi;
  • Sığorta ödənişlərinə nəzarət edilməsi və əsassız xərclərin qarşısının alınması;
  • Departament əməkdaşlarının şöbələr arası qarşılıqlı əməkdaşlığının təşkil edilməsi;
  • Sğorta iddialarının tənzimlənməsi prosesinin təkmilləşdirilməsi üçün təkliflərin hazırlanması;
  • Əmlaka dəyən zərərin qiymətləndirilməsinə aid sənədlərin kənar strukturlardan (avtoservislərdən, qiymətləndiricilərədən) əldə edilməsi;
  • Təmir işlərinə ümumi nəzarətin həyata keçirilməsi və təmirin keyfiyyətli olmasının təşkil edilməsinə nəzarət;
  • Sığorta dələduzluğu faktı aşkarlandığı təqdirdə məlumatın birbaşa departament rəhbərinə və müvafiq departamentin əməkdaşlarına ötürülməsi;
  • Şöbə əməkdaşlarının icraatında olan işlərə ümumi nəzarətin həyata keçirilməsi;
  • Şöbə əməkdaşlarının işlərinin qiymətləndirilməsi prosesində iştirak etmək;
  • Şöbənin ümumi işində nöqsanların aradan qaldırılmasına cavabdehlik daşımaq;
  • Sığorta hadisəsi nəticəsində əmlaka dəyən ziyanın müəyyənləşdirilməsi, hissələrin siyahısını tərtib edilməsi, avtoservislərin təqdim etdiyi qiymətlərin orta bazar qiymətlərinə uyğunluğuna nəzarət və avtoservislərlə qiymətlərin razılaşdırılması;
  • Yekun zərərin təyin edilməsi və məlumatı departamentin müvafiq əməkdaşına ötürülməsi;
  • Sığortaçının, müştərilərin və avtoservislərin xeyrinə əsassız xərclərin qarşısının alınması, sığorta dələduzluğunun aşkarlanıb ifşa
  • unmasının təşkilinə nəzarət;
  • Zərərə məruz qalmış əmlakın təmiri prosesində əvəz olunmuş ehtiyat hissələrinin saxlanılmasını və ya utilizasiya olunması təşkil edilməsinə nəzarət;
  • Sığorta hadisəsi nəticəsində əmlaka dəyən ziyanın müəyyənləşdirilməsi üçün üçüncü müstəqil tərəfin iştirakının vacib olması təqdirdə, bunun təmin edilməsinə nəzarət;
  • Birbaşa rəhbərin digər tapşırıqlarınının yerinə yetirilməsi.

BİLİKLƏR

  • Ali təhsil;
  • Kompyuter bilikləri: Microsoft Excel və Word təminat proqramları üzrə biliklərin olması;
  • Dil bilikləri: Azərbaycan və rus dillərini sərbəst istifadə etmə bacarığı, ingilis dilinin işlək səviyyədə olması;
  • Mövcud qanunvericilikləri bilmək, Yol Hərəkəti Qaydaları biliyi və avtomobil mexanizmi haqqında texniki bilik.

TƏCRÜBƏ

  • • Sığorta şirkətində iddiaların tənzimlənməsi sahəsində minimum 3 il iş təcrübəsi, həmçinin müştərilər ilə minimum 3 il iş təcrübəsi.

BACARIQLAR

  • Ünsiyyət qurmaq bacarığı;
  • Problemlərin həlli bacarığı;
  • Komanda ilə işləmək bacarığı;
  • Liderlik;
  • Müştərilərlə iş üsulları biliyi.

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi recruitment@pasha-insurance.az ünvanına göndərin.

Oxşar vakansiya siyahısı:

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı

500₼
Mühasib Kassir

CMT Group MMC Muhasib -kassir vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

06.04.2024 - Gəncə

Mühasib

TEZ Logistics MMC şirkəti Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

TEZ Logistics

27.03.2024 - Bakı

Kreditlərin anderraytinqi şöbəsinin mütəxəssisi / aparıcı mütəxəssisi / baş mütəxəssisi

Expressbank ASC Kreditlərin anderraytinqi şöbəsinin mütəxəssisi / aparıcı mütəxəssisi / baş mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Expressbank ASC

19.03.2024 - Bakı