Ekspeditor (Satış təmsilçisi)
vakansiya — 2026

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Inci Group of Companies LLC Ekspeditor vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifənin adı : Ekspeditor (Satış təmsilçisi)

Namizədə dair tələblər:

  • Ali və ya Orta təhsil
  • Ekspeditor kimi minimum 1 il iş təcrübəsi
  • Sürücülük vəsiqəsinin (B kategoriya) olması mütləqdir
  • Şəxsi maşın

Vəzifə öhdəlikləri:

  • Satış hədəflərinin vaxtlı vaxtında icra olunması
  • Təyinat məntəqələrinə vaxtında vizitlərin edilməsi
  • Öz rutu üzərində yeni müştərilərin tapılması və onlara məhsulların təklif edilməsi
  • Müştəri borc limitlərinin nəzarətdə saxlanılması
  • Müştəri borclarının vaxtlı vaxtında yığılması və həmin gün kassaya təhvil verilməsi
  • Yeni satış nöqtələri haqqında vaxtında məlumat alması
  • Satışla bağlı rəhbərliyin ona həvalə etdiyi digər vəzifələr və öhdəliklərin icra edilməsi 

İş qrafiki:

  • İş saatları 09:00 – 18:00;
  • Nahar ilə təmin edilmə;
  • Şənbə və Bazar istirahət günü;
  • İş yeri : Bakı şəhəri Məhəllə 2074-2077, Köndələn küç 10, (Ulduz metrosu yaxınlığında);

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə ərazini və “Ekspeditor ” yazaraq hr.inci@inci.az ünvanına göndərmələri xahiş olunur.

Qeyd: Yalnız Satış  sahəsində çalışmış namizədlərlə əlaqə saxlanılacaqdır.

 

Oxşar vakansiya siyahısı:

400 — 600 ₼
Parfümeriya üzrə satış təmsilçisi

AzeriMed LLC Parfümeriya üzrə satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

AzəriMed QSC

03.12.2025 - Bakı

Satış Meneceri

BMY Caspian MMC Satış meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

BMY Caspian MMC

03.12.2025 - Bakı