Qısa məzmun
Nobel İlaç Azerbaijan Ekspeditor vəzifəsi üzrə vakansiya elan edir.
- Nobel İlaç Azerbaijan
 - Nobel İlaç – 1964-cü ildə 100% milli sərmayə ilə qurulan, yarım əsrlik təcrübəsi və tarixi olan geniş bir coğrafi bölgədə Türk markasını təmsil edən beynəlxalq əczaçılıq şirkətidir.
 - Beynəlxalq əczaçılıq şirkəti Nobel İlaç A.Ş. “Ekspeditor” vəzifəsi üzrə müsabiqə elan edir.
 
Vəzifə öhdəlikləri:
- Şirkət avtomobili ilə Əczaçılıq məhsullarının müqavilə öhdəlikləri çərçivəsində çatdırılmasının təşkili;
 - Malların və nəqliyyat sənədlərinin düzgün qeydiyyatı;
 - Avtomobilin texniki vəziyyətinin yoxlanılması və reysə hazırlıq;
 - Nəqliyyat zamanı yükün temperatur rejiminə riayət olunmasına nəzarət;
 - Yükün qəbulu və boşaldılması zamanı yükün qəbul sənədlərinə uyğunluğuna nəzarət;
 - Anbardakı dərman preparatlarının və mal-materialların say və növ üzrə çeşidlənməsi.
 
Tələblər:
- B, C kateqoriyalı sürücülük vəsiqəsi;
 - Ən az 3 il sürücü kimi iş təcrübəsi;
 - Ölkədaxili ezamiyyətə hazırlıq;
 - Sürücülük dəqiqliyi;
 - Məsuliyyət;
 - Müştərilərlə münasibətdə nəzakətlilik.
 
İş haqqında məlumat:
- Beş günlük iş qrafiki 08:30-17:30 (nahar 13:00-14:00).
 - Rəsmi məşğulluq.
 - Sağlamlıq sığortasının verilməsi.
 - Mehriban kollektiv.
 - Peşəkar yüksəliş və karyera inkişafı imkanı.
 
Vakansiyamızla maraqlanırsınızsa və yuxarıda göstərilən bütün tələblərə cavab verirsinizsə, mövzu yerində “Ekspeditor” qeydi ilə fotoşəkilli CV-nizi office@nobelfarma.az ünvanına göndərin.
Oxşar vakansiya siyahısı:
Sürücü
İnci Group of Companies Sürücü vəzifəsi üzrə vakansiya elan edir. ...