Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Autolux Azerbaijan LLC Ehtiyat hissələri üzrə anbardar vəzifəsi üzrə vakansiya elan edir. İngilis-dili bilənlərə üstünlük verilə bilər.
“Avtolüks Azərbaycan” MMC-yə Ehtiyat hissələri üzrə anbardar tələb olunur.
İş qrafiki: 09:00 – 18:00 / Bazar ertəsi – Cümə
Namizədə olan tələblər:
- Avtomobil sahəsində 3 il iş təcrübəsi ;
- Avtomobillər haqqında məlumatlı olmaq ;
- Rus-dili biliyi ;
- İngilis-dili bilənlərə üstünlük verilə bilər;
- Yaş həddi 25-40;
Vəzifə öhdəlikləri:
- Müştərilər üçün düzgün ehtiyat hissələrinin anbarda olmasından əmin olmalı, sifariş zamanı düzgün analiz aparmalı və dövriyyədə olan boş vəsaiti minimuma çatdırmalı.
- Təmiz və professional mühit yaratmalı.
- Departamentdə iş gedişatını analiz etməli və lazımi yerlərdə işə müdaxilə edib vaxtında tamamlanmasına kömək etməli.
- Gündəlik iş şəraitində etik standartlara riayət olunmasına nəzarət etməli.
- Müştəri razılığına və loyallığına nail olmaq üçün bütün lazımi vasitələrdən istifadə etməli, anbarda olan ehtiyat hissələrinin və aksessuarların sərfiyyatını izləməli və anbarda “ölü hissələr”i minimuma salmalı.
- Daima bütün məsələlərə diqqət yetirməli və məsələnin həlli üçün çalışmalı.
- Şirkətin bütün əməkdaşları ilə birgə çalışaraq Müştəri məmnuniyyətinə nail olmalı.
- Bütün problemləri departament daxilində tez və səmərəli şəkildə həll etməli.
- İşçilərə lazımi texniki dəstək göstərilməsini təmin etməli.
- Hər bir əməkdaşla səmərəli iş əlaqəsi qurmalı və məlumat mübadiləsi aparmalı.
- Müştərilərlə əlaqə saxlanılaraq ehtiyat hissələri barədə razı olub-olmamaqlarını daima izləməli.
Tələblərə uyğun olmayan və “Subject” qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan “CV” – lərə baxılmayacaq.
Oxşar vakansiya siyahısı:
Anbardar
Saglam Ailə Anbardar vəzifəsi üzrə vakansiya elan edir. ...