Ecotourism məhsul və xidmətləri üzrə satış mütəxəssisi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Nukha Tour Ecotourism məhsul və xidmətləri üzrə satış mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.

İş barədə məlumat:

  • Rəhbərliyin göstərişinə əsasən eko turların hazırlanması, mətnlərin yazılıb formalaşdırılması
  • Facebook və İnstagram sosial şəbəkəsində turlar barədə məlumatın mütəmadi paylaşılması, müştərilərdən gələn sualların cavablandırılması, sponsorlu reklamların idarə edilməsi
  • Korporativ müştərilərə məlumatların göndərilməsi və müvafiq yazışmalar
  • Korporativ turların satışlardan sonra elektron qaimələrinin göndərilməsi, turlarla bağlı hesabatların hazırlanması
  • Mağazada  və sosial medya (Facebook, İnstagram, Tik-tok) üzərindən satışın həyata keçirilməsi və müvafiq paylaşımların mütəmadi olaraq edilməsi, müştərilərdən gələn sualların cavablandırılması, sponsorlu reklamların idarə edilməsi
  • İş qrafiki: Həftə içi 11:00-19:00, altıncı gün 11:00-17:00.
  • Əmək haqqı: Sabit maaş  400 AZN + turlardan və mağazadakı satışlardan 10%-ədək bonuslar.
  • Başqa imtiyazlar: İstənilən tura ödənişsiz qoşulmaq, şəxsi istifadə üçün mağazadakı məhsulları öz dəyərinə əldə etmək və iş qrafikini qarşılıqlı razılaşdırmaqla dəyişdirmək imkanı verilir.

Namizədə tələblər:

  • SMM təcrübəsinə sahib olması (postların hazırlanması və paylaşılması);
  • Satış sahəsində müəyyən təcrübəsinin olması;
  • Ekoturizm sahəsi ilə tanışlıq və ekoturlarda gəzinti təcrübəsi;
  • Müştərilərlə ünsiyyət və satış bacarıqlarının olması;
  • İngilis dili biliyinin olması üstünlükdür.

Müraciət etmək istəyənlər CV-lərini vakansiyanın adını yazmaqla göndərə bilərlər.

Oxşar vakansiya siyahısı:

2000 — 3000 ₼
Marketinq Direktoru

Super Toys Marketinq Direktoru üzrə vakansiya elan edir. ...

Super Toys

26.04.2024 - Bakı

900₼
Sosial media hekayələri üzrə mütəxəssis (Story və Reels üzrə mütəxəssis)

Kontakt Home Sosial media hekayələri üzrə mütəxəssis (Story və Reels üzrə mütəxəssis) vəzifəsi üzrə vakansiya elan edir. ...

Kontakt Home

08.04.2024 - Bakı