E-ticarət Biznes İnkişafı üzrə Menecer
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Sinteks Group of Companies E-ticarət Biznes İnkişafı üzrə Menecer vəzifəsi üzrə vakansiya elan edir.

1996-cı ildə əsası qoyulanSinteks Şirkətlər Qrupu, Qafqaz və Orta Asiyanın ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir. Sinteks 100-dən çox dəb, zərgərlik, parfumeriya ve kosmetika, ev əşyaları mağazalarını və 10-a yaxın kafeteriya filialını idarə edir. Şirkət lüks, premium və kütləvi bazar seqmentlərində beynəlxalq markaları təmsil edir.

Sinteks Şirkətlər qrupuna hal hazırda E-ticarət Biznes İnkişafı üzrə Menecer tələb olunur.

Vəzifənin rolu:

  • Bu vəzifənin rolu elektron ticarətin bazar payını genişləndirmək üçün mövcud əməliyyatları, xidmətləri inkişaf etdirməkdir, yeni imkanlar axtarmaqdır.

Vəzifə öhdəlikləri:

  • Sahə üzrə ən yaxşı təkliflərin bençmarkı üçün E-ticarət məhsullarının fərqliliyini, qiymət uyğunluğunu və əməliyyat prosedurlarını davamlı olaraq izləmək və sonradan şirkətin payının saxlanılması və genişləndirilməsi üçün onları inkişaf etdirmək
  • İstehlakçılardan gözlənilən alış qərarının qəbul edilməsinin ayrılmaz hissəsi olan əsas meyarları sənaye standartlarına uyğun müəyyənləşdirmək və saxlamağa səy göstərmək
  • Elektron ticarət portfelində olan yeni məhsulların inkişafı və tətbiqi üçün yeni biznes imkanlarını təyin edərək strategiya inkişaf etdirmək
  • Yaranan hüquqi məsələləri həll etmək və tərəfdaşlarla peşəkar münasibətləri saxalamaq

Əsas tələblər:

  • Təhsil:
  • Bakalavr dərəcəsi
  • Magistr dərəcəsi arzuolunandır
  • Təcrübə:
  • Biznes İnkişafı üzrə Menecer rolunda 1-3 il iş təcrübəsi
  • Professional biliklər:
  • Pərakəndə satış bazarı üzrə biliklər
  • Layihənin idarə olunması
  • “Data” analiz
  • Azərbaycan, İnglis və Rus dillərini yaxşı səviyyədə bilmək
  • Microsoft Office (Excel, Word, PowerPoint) proqramlarını mükəmməl səviyyədə bilmək
  • Professional bacarıqlar və kompetensiyalar:
  • İdarəetmə
  • Mükəmməl işgüzar ünsiyyət bacarıqları
  • Mükəmməl təşkilatçılıq bacarıqları
  • Strateji düşüncə
  • Emosional zəka
  • İşgüzarlıq
  • Detallara diqqət

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “E-ticarət Biznes İnkişafı üzrə Menecer” qeyd edərək recruitment@sinteks.com elektron poçt ünvanına göndərə bilərlər.

Oxşar vakansiya siyahısı:

Marketinq üzrə mütəxəssis

AZBADAM MMC Marketinq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azbadam MMC

08.04.2024 - Bakı

900₼
Sosial media hekayələri üzrə mütəxəssis (Story və Reels üzrə mütəxəssis)

Kontakt Home Sosial media hekayələri üzrə mütəxəssis (Story və Reels üzrə mütəxəssis) vəzifəsi üzrə vakansiya elan edir. ...

Kontakt Home

08.04.2024 - Bakı