Qısa məzmun
Sinteks Group of Companies E-ticarət şöbəsinə Biznesin İnkişafı üzrə Menecer vəzifəsi üzrə vakansiya elan edir.
- 1996-cı ildə əsası qoyulan Sinteks Şirkətlər Qrupu, Qafqaz və Orta Asiyanın ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir. Sinteks 100-dən çox dəb, zərgərlik, parfumeriya ve kosmetika, ev əşyaları mağazalarını və 10-a yaxın kafeteriya filialını idarə edir. Şirkət lüks, premium və kütləvi bazar seqmentlərində beynəlxalq markaları təmsil edir.
- Sinteks Şirkətlər qrupuna hal hazırda E-ticarət şöbəsinə Biznesin İnkişafı üzrə Menecer tələb olunur.
Vəzifənin rolu:
- Biznesin inkişafı üzrə menecerin rolu mövcud əməliyyatların, xidmətlərin inkişafı hesabına elektron kommersiya bazarının payının genişləndirilməsindən, həmçinin yeni imkanların axtarışından ibarətdir.
Vəzifə öhdəlikləri:
- E-ticarət məhsullarının çeşidini, sənayenin ən yaxşı təklifləri ilə müqayisə etmək üçün qiymət adekvatlığını və əməliyyat prosedurlarını davamlı şəkildə izləyir və sonradan şirkətin bazar payını saxlamaq və genişləndirmək üçün onları yaxşılaşdırır
- Müştəri məmnuniyyətini təşviq edən əsas meyarları müəyyənləşdirir və inkişaf etdirir
- Biznes üçün yeni imkanları aşkarlayır və inkişaf etdirir
- Yaranan müqavilə məsələlərini həll edir və tərəfdaşlarla peşəkar münasibətləri dəstəkləyir
Əsas tələblər:
- Təhsil:
- Ali təhsil
- Magistr dərəcəsi üstünlükdür
- Təcrübə:
- Biznesin inkişafı sahəsində 1-3 il təcrübə
- Professional Biliklər:
- Pərakəndə bazar haqqında bilik
- Layihənin idarəolunması
- Məlumatların təhlili
- Səlis İngilis və Rus dili biliyi
- MS Office Proqramları (Excel yaxşı səviyyədə)
- Professional Bacarıqlar və Kompetensiyalar:
- İdarəetmə bacarığı
- Güclü danışıq bacarıqları
- Güclü təşkilati bacarıqlar
- Strateji düşüncə
- Emosional zəka
- İş zəkası
- Detal yönümlülük
- Çox tapşırıq yerinə yetirmə bacarığı
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “E-ticarət şöbəsinə Biznesin İnkişafı üzrə Menecer” qeyd edərək recruitment@sinteks.com elektron poçt ünvanına göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
Satış meneceri
Uragan-Group Satış menceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Korporativ satış meneceri
Mətanət A Şirkətlər Qrupu Korporativ satış meneceri vəzfifəsi üzrə vakansiya elan edir. ...
Satış təmsilçisi- Fasad cəbhə sistemləri üzrə
Mətanət A Şirkətlər Qrupu Satış təmsilçisi- Fasad cəbhə sistemləri üzrə vəzifəsi üzrə vakansiya elan edir. ...
Satış təmsilçisi
Mətanət A Şirkətlər Qrupu Satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...