Dövlət qurumları ilə iş üzrə kiçik mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Grand-Agro LLC Dövlət qurumları ilə iş üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Təsvir:

  • Cəmiyyətimizə verilmiş yeni torpaq sahələrinin sənədləşmə işinin aparılması və yeni çıxarış sənədlərinin alınmasında vəzifə səlahiyyəti çərçivəsində iştirak etmək;
  • Cəmiyyətə məxsus ərazilərə kommunikasiya xətlərinin çəkilməsi ilə bağlı müraciətlərin edilməsi və texniki şərtlərin alınmasında vəzifə səlahiyyəti çərçivəsində iştirak etmək ;
  • Texniki şərtə uyğun olaraq müvafiq işlərin görülməsi üçün dövlət qurumlarına rəsmi müraciətlərin edilməsi və layihə sənədlərinin alınmasında iştirak etmək;
  • Cəmiyyətə məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin təyinatının dəyişməsi ilə əlaqədar müvafiq dövlət qurumlarına rəsmi müraciətlərin edilməsində iştirak etmək, torpaq uqodiyası ilə əlaqədar sənədləşmə işlərinin icrası;
  • Müvafiq dövlət qurumlarına göndərilən məktubların icra vəziyyətinin mütəmadi müəyyənləşdirilməsi və müvafiq hesabatların hazırlanması
  • Müvafiq dövlət qurumları ilə bağlı rəsmi sənədlərin ( məktub, ərizə, müraciət, aktlar və s digər rəsmi sənədlərin) elektron qeydiyyatı və arxivləşdirilməsi

Tələblər:

  • Təhsil : Ali təhsil (Hüquq, İnzibati idarəetmə, Dövlət və ictimai münasibətlər, Menecment, Biznesin idarəedilməsi və əlaqədar digər ixtisaslar);
  • Dil bilikləri: Azərbaycan Dili ana dili , İngilis dili (üstünlük verilir) İT üzrə biliklər: Ms. Office,
  • Səriştəlik
  • Məsuliyyətlilik, disiplinlilik, təşkilati bacarıq Problem həll etmə və əməkdaşlıq bacarıqları
  • Güclü şifahi və yazılı ünsiyyət, fikirlərini düzgün çatdırmaq,
  • Prinsip və Dəyərlərə sadiqlik
  • Prosedur və qaydalara riayət etmək
  • Operativlik və İcra etmək bacarığı
  • Detallara fikir vermə

Müraciət üçün aşağıdakı linkə daxil olmağınız xahiş olunur.

https://qlor.me/ky4vt6vl

Oxşar vakansiya siyahısı:

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı