Dizayner-konstruktor
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Embawood Dizayner-konstruktor vəzifəsi üzrə vakansiya elan edir. Komandada işləmək bacarığı olmalıdır.

1996-cı ildən fəaliyyətə başlamış Embawood şirkəti artıq 24 ildir ki, müştərilərinin xidmətindədir. Bu period ərzində şirkətdə böyük dəyişikliklər baş vermişdir. Şirkət müştəri yönümlü strategiyanı özünün əsas prinsipi olaraq seçmiş və bu istiqamətdə əsaslı işlər görmüşdür.

Mebeldə arzulanan tərzi duya bilmək üçün keyfiyyət sistemi yeniləndi. Almaniyadan dəvət olunmuş konsaltinq şirkəti keyfiyyət sistemini daha yüksək səviyyəyə qaldırmaqla, istehsalata sözün əsl mənasında “alman keyfiyyəti”ni gətirdi.
Xidmət səviyyəsi daha yüksək pilləyə qaldırıldı. Müştəri xidməti xətti və satışdan sonrakı xidmət sistemi quruldu. Fəaliyyət göstərilən bütün ölkələrdə mebel alışından sonra 24 saat ərzində pulsuz çatdırma və quraşdırma xidməti göstərilir. Standart olaraq məhsulların zəmanət müddəti 2 ildir.
Məhsul portfelində çeşid çoxluğu, müasir və dəbdəbəli dizayn, keyfiyyətə nəzarət, satışdan sonrakı xidmət, müştəri yönümlülük kimi prinsiplər Embawood şirkətinə məhsullarını xarici ölkələrə də təklif etmək imkanı yaradır.

Vəzifə adı: Dizayner-konstruktor
Iş qrafiki : 5 günlük / 09:00 – 18:00
İş yeri: Bakı, Azərbaycan

İşin təsviri :

  • Yeni modellərin texniki cizgilərin işlənməsi
  • Modellərdə konstruktiv dəyişiklərin aparılması
  • Yeni modellərin pasportların hazırlanması
  • Müştərinin istəyinə uyğun mebelin ölçüsü, forması, rəngi və sayının dəqiqləşdirilməsi
  • Xüsusi istək zamanı mebellərin renderlərinin hazırlanması(3D MAX)
  • Qəliz, xüsusi sifarişlər zamanı istehsal prosesi ilə maraqlanmaq

Tələblər :

  • Ali təhsil
  • Müvafiq sahədə ən azı 1 il iş təcrübəsi
  • Microsoft Office, Autocard, 3dMAX , Vray proqramları biliyi
  • Mebel Konstruksiyası biliyi
  • Komandada işləmək bacarığı

Xahiş olunur CV göndərərkən mövzu yerinə tələb olunan vakansiyanı “ Dizayner-konstruktor” qeyd edib bu ünvana göndərəsiniz. career@embawood.com

Oxşar vakansiya siyahısı:

Sorğu üzrə heç nə tapılmadı...