Dizayner (İnteryer-eksteryer)
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. FJ Group Dizayner (İnteryer-eksteryer) vəzifəsi üzrə vakansiya elan edir. Rus dili arzuolunandır.

Vəzifə öhdəlikləri:

  • Dizayn proqramları vasitəsilə qiymətləndirilmiş obyektin ilkin eskiz və işçi layihələrinin təsvirlərinin hazırlanması;
  • Müqavilə bağlanmış müştərilərlə ilkin təkliflərin və istəklərin öyrənilməsi üçün qeydlərin aparılması;
  • Müştərinin istəklərinə uyğun dizayn həllərinin verilməsi;
  • Təmir-tikinti prosesinin hazırlanmış dizayn layihəsinə uyğun getməsi üçün mütəmadi olaraq tikinti rəhbərliyi ilə əlaqələrin yaradılması.;
  • Layihələrin əvvəlcədən razılaşdırılmış müddətdə tamamlanmasına məsuliyyət.

Namizədə tələblər:

  • Ali bakalavr və ya orta ixtisas təhsili.
  • Müvafiq sahədə ən azı 1 illik iş təcrübəsi.
  • Autocad, Archicad, Corel Draw, Photoshop. 3D Max kimi proqramlarda işləmə bacarığı.
  • Rus dili arzuolunandır.
  • Düzgün yazılı və şifahi ünsiyyət qurmaq bacarığı.

İş qrafiki: 6 günlük

Maraqlanan namizədlər CV formalarını hr@fjgroup.az email ünvanına “Dizayner (İnteryer-eksteryer)” başlığı ilə göndərə bilərlər.

Oxşar vakansiya siyahısı:

Sorğu üzrə heç nə tapılmadı...