Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Nurgun Holding Dizayner vəzifəsi üzrə vakansiya elan edir. İngilis dili üstünlükdür.
İş barəsində:
- Struktur rəhbərinin tapşırığı və verilmiş təlimatlar / informasiya əsasında dizayn işlərinin (banner, vinil, vizitka, buklet, flayer, kataloq, logolar, etiket yazıları və s.) vaxtında və keyfiyyətlə yerinə yetirmək;
- Ümumi reklam materiallarının hazırlanması və təhvil verilməsinə görə cavabdehlik daşımaq;
- Yeni layihələrinin tərtibində bilavasitə iştirak etmək və bu layihələrdə rəhbərliyin təkliflərini nəzərə almaq;
- Eskizləri tərtib etmək və onları təstiq etmək üçün rəhbərliyə təqdim etmək,
- Bölmə rəhbərinə dizayn sahəsi üzrə müvafiq məsləhətlər vermək və işin daha səmərəli yerinə yetirilməsi üçün təkliflər vermək;
- Dizayn sahəsi üzrə qabaqcıl təcrübəsinin öyrənilməsi və bu barədə rəhbərliyin məlumatlandırılmasını həyata keçirmək.
Tələblər:
- Ali təhsil;
- Dizayn proqramlarında – Adobe Photoshop, Adobe Illustrator, Adobe InDesign, Corel Draw sərbəst işləmə bacarığı (After Effects və Premiere biliyi arzuolunandır)
- Azərbaycan və rus dillərini mükəmməl bilməsi (ingilis dili üstünlükdür);
- Yaradıcı (kreativ) olmalı;
- Ciddi, məsuliyyətli, dəqiq, daim üzərində işləməli;
- Yaş həddi – 25-35 arası.
Uyğun namizədlər işə qəbul üçün şəkilli CV-ni və portfolionu hr@nurgun.az elektron poçt ünvanına mövzü yerinə “Dizayner” yazıb göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
Qrafik dizayner
İnci Group of Companies Qrafik dizayner vəzifəsi üzrə vakansiya elan edir. ...
3D dizayner
3D Dizayner vəzifəsi üzrə vakansiya elan edilir. ...
Sosial Media üzrə Qrafik Dizayner
İnci Group of Companies Sosial Media Marketinqi üzrə Mütəxəssis vakansiyasını elan edir. ...