Dizayn işləri üzrə mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Azerbaijan SuperMarket Dizayn işləri üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə öhdəlikləri:

  • Layihələr üzrə çertyojların hazırlanması və sahələrdə tikintinin həmin çertyojlar üzrə aparılmasına nəzarət
  • Divar açılışlarının və fasadların çertyojunun hazırlanlanması
  • Layihə üzrə lazımı avadanlıqların, mağaza rəflərinin siyahısının çıxarılıb hazırlanması
  • Layihənin müvəffəq həyata keçirilməsi üçün digər aidiyyatı departamentlərə sıx əlaqədə işləmək
  • Tikinti işlərində layihə üzrə dizayndan kənara çıxmalara mütəmadi nəzarət etmək
  • Texniki çizimlərin hazırlanması

Namizədə dair tələblər:

  • Ali təhsil (memarlıq və ya inşaat üzrə)
  • Autocad, sketchup proqramlarında peşəkar işləmə bacarığı
  • Memarlıq\dizayn sahəsi üzrə minimum 3 illik iş təcrübəsinə malik olma
  • Mexanika və elektrik işləri üzrə ümumi məlumata sahib olma
  • Yaradıcılıq və müasir dizayn tendensiyaları üzrə biliklər;
  • Verilmiş təlimatlar əsasında layihə və dizayn işlərini zamanında yüksək keyfiyyətlə həyata keçirmək;
  • Komandayla çalışmağı bacarmaq, sürətli ve praktik olmalı
  • Planlaşdırma, analiz bacarığı, dəqiqlik, səbrlilik və punktuallıq
  • Azərbaycan və İngilis dilində sərbəst danışıq qabiliyyəti

Maraqlanan namizədlər email ünvanına “Dizayn işləri üzrə mütəxəssis” başlığı ilə müraciət edə bilər.

Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Oxşar vakansiya siyahısı:

Sorğu üzrə heç nə tapılmadı...