Dispetçer
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Veysəloğlu Şirkətlər Qrupu Dispetçer vəzifəsi üzrə vakansiya elan edir. Endirimli tibb xidməti verilir.

Şirkət haqqında:

1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti 14.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. 2020-ci ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.

  • İş yeri: Bakı şəhəri, Keşlə qəs
  • İş təcrübəsi: 1 il
  • Təhsil: Ali
  • Yaş həddi: 25-35
  • İşin Təsviri: Nəqliyyat vasitələrinin hərəkətinin planlaşdırılması və həyata keçirilməsi işinin təşkili.

Vəzifə öhdəlikləri:

  • Nəqliyyat vasitələrinin göndərilməsinə və xətdən qayıtmasına nəzarət etmək, nəqliyyat vasitələrinin xətdən vaxtında qayıtmadığı bütün hallar haqqında şöbə rəisinə məlumat vermək;
  • Yol nəqliyyat hadisələri haqqında xəbər aldıqda, dərhal onun haqqında rəhbərliyə məlumat vermək;
  • Yanacaq sərfi haqqında hesabatları hazırlamaq;
  • Alınan ehtiyat hissələrinin siyahısını aparmaq;
  • Avtomaşınlarda baş verə biləcək nasazlıqlarla əlaqəli ilkin diaqnoz qoymaq, təmirini təşkil etmək;
  • Sürücülərin iş qrafikinin tərtib edilməsi, izlənilməsi, koordinasiya edilməsi;
  • Avtomobillərin başlanğıc məntəqədən son məntəqəyə kimi hərəkətinə nəzarət;
  • Optimal marşrut xətlərinin hazırlanması.

Tələblər:

  • Microsoft Office proqramlarını bilməli;
  • Avtomaşınların texniki xarakteristikasını bilməli;
  • Texnikanın istismarı normativini bilməli;
  • Dispetçer və yol-nəqliyyat işinin təşkilini bilməli.
  • Əmək haqqı: Müsahibə əsasında təyin olunacaq

Təminatlar:

  • İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
  • Nahar ilə təmin edilmə;
  • Endirimli tibb xidməti;
  • Əmək müqaviləsi.
  • İş qrafiki: 6 günlük.

Müraciət qaydaları: cv@avtlogistics.az elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Dispetçer” yazıb CV göndərməklə müraciət edilir.

Oxşar vakansiya siyahısı:

500 — 1000 ₼
Sürücü

İnci Group of Companies Sürücü- vəzifəsi üzrə vakansiya elan edir. ...

İnci Group of Companies

02.04.2024 - Bakı

535₼
Sürücü

Sağlam Ailə” tibb mərkəzi “Sürücü” vakansiyası elan edir. ...

Sağlam Ailə

30.03.2024 - Bakı