Qısa məzmun
SSİ Retail Direktorun köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. Rus dili arzuolunandır.
Vəzifənin rolu:
Bu vəzifənin rolu hesabatların hazırlanmasını, iclasların xülaləsinin hazırlanmasını, biznes partnyorlar ilə yazışmaların aparılmasını təmin etməkdir
Vəzifə öhdəlikləri:
- Şirkətin fəaliyyətinin müəyyən məsələləri üzrə materiallarının baxılmasında, öyrənilməsində, yığımında və təhlilində iştirak edir
- Direktorun keçirdiyi qəbulların, danışıqların, müşavirələrin və yığıncaqların zəruri hazırlığını təşkil edir
- İclas və müşavirələrdə iştirak edir, habelə göstərilən iclas və müşavirələrin yekunlarını məruzə edir
- Mağazalar və Mərkəzi Anbar üçün təsərrüfat mallarının sifarişini təşkil edir
- SMS bazalarının mütəmadi yenilənməsini və müştərilərə SMS-lərin göndərilməsini təşkil edir
- Zəruri hesabatların hazırlanmasını təşkil edir
- Aylıq zəruri ödənişlərin ödənilməsini təşkil edir
Əsas tələblər:
- Təhsil:
- Ali təhsil
- Təcrübə:
- Müvafiq sahədə ən azı 6 ay iş təcrübəsi
- Professional biliklər:
- MS Office Proqramları
- İngilis və Rus dilləri
- Professional bacarıqlar və kompetensiyalar:
- Stressə davamlılıq
- Analitik düşünmə
- Məsuliyyət
- Zamanın idarəolunması
- İşgüzar yazışma bacarığı
- Komandada işləmək
- Hesabatların hazırlanması
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Direktorun köməkçisi” qeyd edərək recruitment@ssi.az elektron poçt ünvanına göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
Brand Credit BOKT İnsan Resursları Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
Ə/h razılaşma yolu ilə. Zeytun Pharmaceuticals İnsan Resursları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
OBA marketlər şəbəkəsi Təşkilati İnkişaf və Dizayn üzrə Aparıcı Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...