Direktor müavini
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Müasir tipli Peşə Təhsili Mərkəzi Direktor müavini vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə öhdəlikləri:

  • Məktəbin tədris və istehsalat fəaliyyətinə rəhbərlik edir;
  • Pedaqoqların, təlimçilərin və digər işçilərin seçilib-yerləşdirilməsində, tədrisin təşkilində iştirak edir;
  • Tədris işlərinin planlaşdırılması və uçotunu, metodik işləri təşkil edir;
  • Təlim – Tədris şöbəsinin müdiri ilə birlikdə pedaqoq və təlimçilərin işini əlaqələndirir;
  • Pedaqoqların tədris yükünü müəyyənləşdirir, dərs cədvəlini hazırlanmasında, onun icra edilməsinə rəhbərlik və nəzarət edir;
  • Mərkəzə tələbə qəbulu, tədris qruplarının komplektləşdirilməsi, tələbələrin kursdan – kursa keçirilməsi və buraxılışı, məzunların işə göndərilməsi sahəsində iş aparır;
  • Tədris planı və proqramlarının yerinə yetirilməsinə, tələbələr tərəfindən tədris materiallarının mənimsənilməsi səviyyəsinə, onların intizamına və dərsə davamiyyətinə, mühəndis-pedaqoji işçilərin fəaliyyətinə nəzarəti həyata keçirir;
  • Tələbələrin texniki yaradıcılıq işini, kabinetlərin əyani vəsait və təlimin texniki vasitələrlə təmin olunmasını təşkil edir;
  • Tədris proqram sənədlərinin tərtibini, məktəbin tədris – istehsalat fəaliyyətinə dair hesabat və uçot işlərini həyata keçirir;
  • Qabaqcıl təcrübənin öyrənilməsinə və tətbiqinə rəhbərlik edir;
  • Tərbiyə işlərinin təşkili ilə də məşğul olur və müvafiq vəzifələri həyata keçirir;
  • Tələbələrin istehsalat təlimini vətənpərvərlik, hüquqi, mənəvi tərbiyə ilə sıx əlaqə şəraitində aparmasını təmin edir, onların mədəni istirahətinin və sinifdənkənar tədbirlərinin təşkilinə rəhbərlik edir;
  • İstehsalat təcrübəsi zamanı tələbələr arasında tərbiyə işlərinin aparılmasını təmin edir;
  • Tərbiyə sahəsində qabaqcıl təcrübəni öyrənir və yayır;
  • İşəgötürənlə, əmək bazarının təmsilçiləri və sosil tərəfdaşlar ilə əlaqələrin qurulması prosesini təşkil edir;
  • İşəgötürənlərin və əmək bazarının tələblərinə uyğun peşə istiqamətlərinin tədrisi ilə bağlı təkliflər hazırlayır.

Bilməlidir:

  • “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarını;
  • Yaşlıların təhsili və ömür boyu təhsilin (Lifelong learning) tələblərini bilməlidir;
  • Təhsil və elm sahələrinə aid Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını;
  • Azərbaycan Respublikası Nazirlər Kabinetinin aidiyyəti qərar və sərəncamlarını;
  • Azərbaycan Respublikasının təhsil sahəsi üzrə mərkəzi icra hakimiyyəti orqanının aidiyyəti qərar, sərəncam və əmrlərini;
  • Peşə təhsili infrastrukturunun əsaslı şəkildə müasirləşdirilməsini;
  • Peşə təhsili üzrə qüvvədə olan dövlət təhsil standartlarını və proqramlarını (kurikulumları);
  • Bazar iqtisadiyyatının və əmək bazarının tələbatı ilə uzlaşan peşələrin müəyyən edilməsini;
  • Peşə təhsili proqramlarının (kurikulumların) peşə standartlarına uyğun qurulmasını;
  • İdarəetmənin təşkilini; tədris planı və proqramlarının tərtibini, tədris-metodiki sənədlərlə işi;
  • Müəssisədaxili nəzarəti;
  • Təhsil müəssisəsinin profilinə uyğun istehsal sahələrini, qabaqcıl ölkələrdə fəhlə kadrlarının hazırlanması sahəsindəki təcrübəni;
  • Müəllimlərin əməyinin tarifləşdirilməsini;
  • Müasir təlim-tərbiyə metodlarını; pedaqogika və pedaqoji psixologiya elminin son nailiyyətlərini;
  • Müasir peşə tədris texnologiyalarını, online platformalar üzərindən tədrisin təşkilinin əsaslarını bilməlidir;
  • Yaşayış yerlərində və dərsdən sonra gənclərin tərbiyə işinin təşkili yollarını;
  • İnformasiya-kommunikasiya texnologiyalarından istifadə tələblərini;
  • Təhsil innovasiyalarını və pedaqoji texnologiyaları;
  • Əmək qanunvericiliyini; təhsil müəssisəsinin profilinə uyğun istehsal sahələrinin inkişaf istiqamətlərini, təhsilin iqtisadiyyatını və maliyyə-təsərrüfat fəaliyyətini, statistikanın əsaslarını;
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını.

Tələblər:

  • Pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsil və ya təhsil müəssisəsinin profilinə uyğun ali təhsil;
  • Pedaqoji və ya rəhbər vəzifələrdə 3 ildən az olmayaraq əmək stajı;
  • Ms Office proqramında yüksək səviyyədə işləmək bacarığının olması;
  • Azərbaycan dili mükəmməl, İngilis dili və rus dilini orta üst səviyyədə bilməlidir.

Əmək şəraiti:

  • İş saatları: 1-5 günlər saat 09:00-18:00
  • Əmək qanunvericiliyinin bütün tələblərinin icrası
  • Əmək haqqı 2 000 (İki min) manat

Maraqlı olanlar CV-ni “Direktor müavini” başlığı ilə office@universitasinternational.com ünvanına göndərə bilər.

Oxşar vakansiya siyahısı:

Sorğu üzrə heç nə tapılmadı...