Direktor köməkçisi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Sumgait Technologies Park LLC Direktor köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. Davamlı karyera imkanı olmalıdır.

Özünə və peşəkarlığına güvənən, davamlı olaraq özünü inkişaf etdirən namizədləri komandamıza qoşulmağa dəvət edirik.

Bizim üçün ideal namizəd :

  • Ali təhsilli;
  • Analoji sahədə ən az 2 il iş təcrübəsi olan;
  • Yüksək yazılı və şifahi kommunikasiya keyfiyyətlərinə malik olandır.

O cümlədən :

  • Komandada işləmə bacarığı, ünsiyyət, işgüzarlıq və əməkdaşlıq baxımından üstün bacarıqlara sahib olmalı;
  • Microsoft Office proqramlarını yaxşı səviyyədə bilməli;
  • İşgüzar, məsuliyyətli və yüksək davranış keyfiyyətlərinə malik olmalı;
  • Azərbaycan, rus və ingilis dillərini yaxşı səviyyədə həm şifahi, həm də yazılı bilməlidir.

Hansı işləri görəcəksiniz :

  • Direktorun tapşırığı əsasında sənədlərin nəzərdən keçirilməsi, toplanması və məzmunu barədə rəhbərliyə məlumat verilməsi;
  • Direktorun iştirak edəcəyi iclaslarının, görüşlərin və konfransların planlaşdırılması, əlaqələndirilməsi və qrafikinin tərtib olunması;
  • Keçirilmiş iclasların / görüşlərin protokolların hazırlanması, qeydiyyatının aparılması və qısa zamanda müvafiq şəxslərə göndərməsini təmin etməli;
  • Direktorun qonaqlarının qəbul edilməsi;
  • Daxil olan telefon zənglərinin cavablandırılması və adiyyatı üzrə yönləndirilməsi;
  • Daxil olan hesabatların toplanması, nəzərdən keçirilməsi və birbaşa rəhbərə təqdim edilməsi;
  • Direktorun ölkədaxili və ölkəxarici ezamiyyətləri ilə bağlı məsələlərin vaxtı vaxtında həll edilməsi;
  • Direktorun imzasına daxil olan sənədlərin qəbul edilməsi;
  • Direktorun tapşırığına əsasən məktublar, sorğular və digər sənədlərin hazırlanması;
  • İş yerinin zəruri texniki vasitələr və dəftərxana ləvazimatı ilə təmin edilməsinə nəzarət edilməsi;
  • Direktorun tapşırıqlarına əsasən iş üçün zəruri olan materialların çap edilməsi və məlumat bazasına daxil edilməsi;
  • Baş direktorun tərəfindən tapşırılan müvafiq vəzifələrin yerinə yetirilməsi.

Nə əldə edəcəksiniz ?

  • Ölkənin ən böyük sənaye müəssisəsində işləmək imkanı;
  • Adekvat əmək haqqı;
  • Təlim və inkişaf məsələlərində şirkətin tam dəstəyi;
  • Davamlı karyera imkanı;
  • Qanunvericiliyə uyğun sənədləşmə və həftə sonları istirahət imkanı.

Əlavə məlumatlar :

  • Əmək haqqı razılaşma əsasında;
  • Şirkət tərəfindən naharla, nəqliyyatla təmin edilmə;
  • İş vaxtı: Bazar ertəsi – Cümə, 09:00 – 18:00, 5 günlük iş həftəsi;
  • İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Direktor köməkçisi” yazaraq, 22.02.2021 – ci il tarixinədək cv@stp.az ünvanına göndərmələri xahiş olunur.

Oxşar vakansiya siyahısı:

700₼
Ofis Meneceri

Health Pharm dərman şirkətinə ofis meneceri tələb olunur ...

Health Pharm

18.04.2024 - Bakı

400 — 500 ₼
Ofis Meneceri

Deziline MMC Ofis Meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

Deziline MMC

16.04.2024 - Bakı