Qısa məzmun
Mətanət A şirkəti Direktor assistenti vəzifəsi üzrə vakansiyasını elan edir
Təsvir
- Zəruri sənədlərin hazırlanmasını həyata keçirir;
- İcra dərkənarı yazılmış sənədləri nəzərdən keçirir, onların yerinə-yetirilməsi üçün əməkdaşlara təqdim edir, icra nəticəsi barədə onlardan məlumatları alır və bu haqqda rəhbərliyə məruzə edir;
- Kargüzarlıqda istifadəsində olan möhür və ştampları yalnız təyinatı üzrə istifadə etmək və sənədləri aidiyyəti üzrə rəsmiləşdirmək;
- İcra dərkənarı yazılmış sənədləri nəzərdən keçirmək, onların yerinə-yetirilməsi üçün əməkdaşlara təqdim etmək və icra nəticəsi barədə onlardan məlumatları istəmək;
- Rəhbərliyə imzalanması üçün təqdim edilən sənədlərin hazırlanma keyfiyyətinə, düzgün tərtibi, razılaşdırılması, təsdiqinə nəzarət edir;
- Struktur bölmələrdən daxil olan daxili yazışmaları və sənədləri qəbul edərkən onların doğru hazırlanmasına ciddi nəzarət edir;
- Hər il arxivdə saxlanılması üçün rəhbərliyin nəzarəti ilə sənədlərin yığımını həyata keçirir;
- Müəssisənin fəaliyyəti, kadrlara dair məlumatları, rəhbərliyin əmr və göstərişlərini müəyyən olunmuş qaydada şəxsi heyətin nəzər-diqqətinə çatdırır;
- Hər ay rəhbərliyin göstərişinə əsasən struktur bölmələrdən aylıq plan və hesabatları toplayıb rəhbərliyə təqdim edir;
- Toplantıları təşkil edir (toplantı ilə bağlı şəxsi heyəti məlumatlandırır və.s), toplantıları protokollaşdırır və toplantı ilə bağlı protokolların bir nüsxəsini aidiyyəti şöbələrə paylayır;
Tələblər
- Ali təhsil (Menecment, layihələrin idarə edilməsi üzrə olması arzuolunandır)
- İş təcrübəsi: 3-4 il;
- Dil bilikləri: Azərbaycan, digər xarici dillər üstünlükdür
- Kompüter bilikləri: MS Office proqramları üzrə biliklər;
- Normativ hüquqi aktlar, qaydalar, təlimatlar və digər sənədlərin tərtibatı üzrə biliklər;
- İşə planlı yanaşmaq bacarığı;
- Yüksək ünsiyyət bacarığı;
- Səliqəli, təşkilatçı, operativ çalısan, bacarıqlı.
İş şəraiti:
- İş saatı: 09:00-18:00;
- İstirahət: Şənbə və bazar günü;
- İş yeri – Luxen Plaza (Xətai pr 34, Təhsil Nazirliyi ilə üzbəüz)