Direktor Assistenti
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Azmədənistehsal MMC şirkəti Direktor Assistenti vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə öhdəlikləri:

  • Şöbə daxilində sənədləşmə işinin aparılmasını icra edir;
  • Sənədlərin göndərilməsini icra edir;
  • Sənədlərin icra müddətinə nəzarət edir və Direktora məruzə edir;
  • Sənədlərin surətini çıxarma, çoxaltma və elektronlaşdırma işini icra edir;
  • Direktorun tapşırığı əsasında sənədlərin standart biçimlərini tərtib edir;
  • Protokol, məktub, etibarnamə, qərar, əmr, arayış, ərizə, akt və digər sənədləri ehtiyac yaranarsa müxtəlif dillərə tərcümə edilməsi işində iştirak edir;
  • Kənar təşkilatlardan gələn məktubları qəbul edir, qeydiyyatını aparır, struktur bölmələrinə və ya konkret vəzifəli şəxslərə verir;
  • Şirkətin baş ofisinin şöbələri və vəzifəli şəxlərinin tərtib etdiyi və kənar təşkilatlar  üçün nəzərdə tutulan  sənədlərin  göndərilməsini təşkil edir və “Xaric olan sənədlər jurnalında” qeydə alır;
  • Kənar təşkilatlardan daxil olan sənədlərin qəbul edilməsini və şirkətin baş ofisinin şöbələri və vəzifəli şəxlərinə  çatdırılmasını icra edir və “Daxil olan sənədlər jurnalında” qeydə alır;
  • Kənar təşkilatlara göndərilən sənədlərin kuryer və ya daxili sürücü əməkdaşlar vasitəsilə göndərilməsini təmin edir;
  • Arxivə bilavasitə cavabdehlik daşıyır;
  • Kargüzarlıqda başa çatmış sənədləri təşkilatın şöbə və bölmələrindən qəbul edir;
  • İş nomenklaturasının işlənib hazırlanmasını icra edir, arxivə təhvil verilməsində onların formalaşmasının və rəsmiləşdirilməsinin düzgünlüyünü yoxlayır;
  • Arxivə təhvil verilən  sənədlərin uçotunun təşkilini icra edir və dövryyəsinə nəzarət edir;
  • Arxivə daxil olan sənədli materialların mühafizəsini və sağlam şəraitdə (quru və səliqəli) qorunmasını təmin edir;
  • Daimi və ya müvəqqəti mühafizədə olan sənədlərin siyahıya alınmasını, eləcə də dövlət mühafizəsinə veriləcək sənədlərin və mühafizə vaxtı keçmiş sənədlərin silinməsi və məhv edilməsi aktlarını hazırlayır;
  • Şöbə rəhbərlərinin yazılı müraciətləri və Direktorun yazılı icazəsi əsasında   arxivdən müvəqqəti olaraq  sənədləri verir və onların uçotunu aparır.

Namizədə tələblər:

  • Ali təhsil
  • Müvafiq sahə üzrə minimum 1-3 il iş təcrübəsi
  • Təşkilati, analitik və idarəetmə bacarıqları

İş şərtləri:

  • 5 günlük iş qrafiki 09:00-dan 17:00-a qədər
  • Əmək haqqı:  Müsahibə əsasında təyin olunacaq
  • İş yeri Xırdalan ərazisində yerləşir
  • Nahar şirkət tərəfindən təmin olunur

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini elektron ünvanına mövzu yerinə “Direktor assistenti” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

Oxşar vakansiya siyahısı:

1000₼
Baş İnsan Resursları Mütəxəssisi

Brand Credit BOKT İnsan Resursları Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...

Brand Credit BOKT

25.07.2025 - Bakı

İnsan Resursları üzrə mütəxəssis

Ə/h razılaşma yolu ilə. Zeytun Pharmaceuticals İnsan Resursları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Zeytun Pharmaceuticals

24.07.2025 - Bakı

Təşkilati İnkişaf və Dizayn üzrə Aparıcı Mütəxəssis

OBA marketlər şəbəkəsi Təşkilati İnkişaf və Dizayn üzrə Aparıcı Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

OBA marketlər şəbəkəsi

24.07.2025 - Bakı

İnsan Resursları üzrə mütəxəssis

Sea Breeze Construction İnsan Resursları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Sea Breeze Construction

16.07.2025 - Ağdam, Füzuli