Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Quba Aqro Direktor (Aqrar sahəsi üzrə) vəzifəsi üzrə vakansiya elan edir.
Öhdəlikləri:
- Müəssisənin İllik büdcəsinin və tədbirlər planının müəyyən edilməsi və idarəetmə sisteminin təkmilləşdirilməsinin təşkil edilməsi;
- Müəssisədə istehsalın təşkili və hazır məhsul planlarının yerinə yetirilməsinə nəzarət edilməsi;
- Müəssisənin davamlı fəaliyyəti üçün vacib olan xammal, material və c. üçün təchizat planının hazırlanması;
- Müəssisənin qarşısında qoyulan istehsal planlarının yerinə yetirilməsinə nəzarətin təmin edilməsi;
- Müəssisədə çalışan işcilər tərəfindən vəzifə öhdəliklərinin icrasına və onların hazırlıq səviyyəsinə daim nəzarət edilməsi;
- İşçilər tərəfindən texnoloji, istehsal və əmək intizamına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarına riayyət olunmasına daim nəzarət edilməsi;
- Müəssisədə biznes proseslərin tətbiq olunmasına nəzarət edilməsi;
- Mövcüd biznes proseslərin təkmilləşdirilməsinə dair təkliflərin irəli sürülməsi;
Tələblər:
- Ali təhsil;
- Yaş həddi: 30-45
- Müvafiq vəzifədə minimum 5 illik iş təcrübəsi;
- Azərbaycan dili mükəmməl, İngilis və Rus dili bilikləri arzuolunandır.
- Kompüter və idarəetmə metodları haqqında biliklər
- Biznes və şəxsi keyfiyyətlər: məsuliyyət, dürüstlük, nəticələrə diqqət, yüksək təşkilati və ünsiyyət bacarıqları.
- Qərar qəbul etmək və məsuliyyət almaq bacarığı;
- İstehsal avadanlıqları və texniki iş qaydaları haqqında biliklər;
- Ezamiyyətə hazır olmalı;
Şərtlər:
- Əmək haqqı: Təhsil, iş stajı, iş bacarığı və s nəzərə alınmaqla əmək haqqı qarşılıqlı razılaşma əsasında müəyyən olunur:
- İş rejimi: həftədə 6 gün,
- Rabitə xərcləri şirkət tərəfindən ödənilir
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini ibrahimovemin1976@gmail.com elektron ünvanına mövzu yerinə “Direktor” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.
Oxşar vakansiya siyahısı:
Aznet Technologies QSC Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir.a ...
Ə/h 1000-1800 AZN. Abacus Audit And Consulting Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Askona Mühasib (Əmək haqqı və ödəmələr üzrə) vəzifəsi üzrə vakansiya elan edir. ...
Zeytun Pharmaceuticals Daxili Audit Üzrə Kiçik Mütəxəssis/ Mütəxəssis/ Aparıcı Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Oven Food Bakery Satış üzrə mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...