Direktor
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Müasir tipli Peşə Təhsili Mərkəzi Direktor vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə öhdəlikləri:

  • Müəssisənin fəaliyyətinə rəhbərlik edir, təhsil müəssisəsinin ayrı-ayrı bölmələrinin işini, tələbələrin təlim-tərbiyə prosesini səmərəli təşkil edir.
  • Kollektivin fəaliyyətini yeni texnikadan istifadə olunmasına, əməyin təşkilinə, qabaqcıl pedaqoji təcrübənin tətbiqinə, tədrisin yüksək səviyyədə qurulmasına yönəldir.
  • Təlim-tərbiyə, tədris-istehsalat və təsərrüfat sahələrində çalışan işçilərin səmərəli əmək və istehsalat fəaliyyəti üçün şərait yaradır.
  • Pedaqoji işçilərin hüquqlarının qorunmasını və sosial müdafiəsini təmin edir. İşində fərqlənən işçilərin əməyinin qiymətləndirilməsi üçün tədbirlər görür.
  • Pedaqoqların, təlimçilərin və digər işçilərin işinə nəzarət edir.
  • İstehsalat və təsərrüfat planlarının, tədris plan və proqramlarının yerinə yetirilməsi üçün kollektivi təşkil edir.
  • İşçilər və tələbə kollektivi arasında aparılan mədəni-kütləvi, tərbiyə işlərinə rəhbərlik edir.
  • Təhsil müəssisəsinin maddi-texniki bazasının inkişafı və genişləndirilməsi, işçilər və tələbələr üçün təhlükəsiz iş şəraitinin yaradılması sahəsində tədbirlərin həyata keçirilməsini, işəgötürənlərin və əmək bazarının tələblərinə uyğun keyfiyyətli kadr hazırlığının strateji istiqamətlərini müəyyənləşdirir.
  • Kadr hazırlığını planlaşdırır, mövcud qaydalara uyğun olaraq gənclərin məktəbə qəbulunu, ixtisaslı işçi kadrlarının hazırlanmasını həyata keçirir.
  • Məzunların işlə təmin edilməsi məqsədi ilə müvafiq tədbirlərin həyata keçirilməsinə nəzarət edir.
  • Müvafiq sahələr üzrə planlaşdırılmış işlərin müəyyən hissəsini müavinə və şöbə rəhbərlərinə həvalə edir, onların işini əlaqələndirir.
  • Peşə təhsilinə cəlb olunan vətəndaşların sayının artırılması ilə bağlı tədbirlər görür.
  • İşçilərin ixtisas və pedaqoji səviyyəsinin yüksəldilməsi və metodiki işlərin səmərəli təşkili üçün tədbirlər görür.
  • Kadrların seçilib yerləşdirilməsini, onlara həvəsləndirmə və intizam tənbehi tədbirlərinin tətbiqi məsələlərini həll edir.
  • Kollektivdə sağlam mühit yaradır, yüksək mənəvi-əxlaqi və liderlik nümunəsi göstərir;
  • Tədris müəssisəsinin işini müasir idarəetmənin tələblərinə uyğun qurur.
  • Büdcədənkənar gəlirlərin əldə olunmasını təşkil edir, maliyyə və ştat intizamına əməl olunması üçün məsuliyyət daşıyır.
  • İşəgötürən təşkilatlarla səmərəli əlaqələrin yaradılmasını təmin edir.
  • Təhsil müəssisəsinin strateji inkişaf planının hazırlanmasına rəhbərlik edir.
  • Respublikada və xarici ölkələrdə fəaliyyət göstərən analoji təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələrinin yaradılmasına rəhbərlik edir.
  • İnzibati-təsərrüfat işlərinə rəhbərlik edir və nəzarəti həyata keçirir.
  • Müəssisədə yeni peşələr üzrə işçi kadrların hazırlanması barədə müvafiq orqanlar qarşısında təşəbbüslə çıxış edir.
  • İşçilərin etik davranış qaydalarına riayət edilməsinə nəzarət edir.

Bilməlidir:

  • “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarını;
  • Təhsil və elm sahələrinə aid Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını;
  • Azərbaycan Respublikası Nazirlər Kabinetinin aidiyyəti qərar və sərəncamlarını;
  • Azərbaycan Respublikasının təhsil sahəsi üzrə mərkəzi icra hakimiyyəti orqanının aidiyyəti qərar, sərəncam və əmrlərini;
  • Peşə təhsili infrastrukturunun əsaslı şəkildə müasirləşdirilməsini;
  • Yaşlıların təhsili və ömür boyu təhsilin (Lifelong learning) tələblərini bilməlidir;
  • Peşə təhsili üzrə qüvvədə olan dövlət təhsil standartlarını və proqramlarını (kurikulumları);
  • Bazar iqtisadiyyatının və əmək bazarının tələbatı ilə uzlaşan peşələrin müəyyən edilməsini;
  • Peşə təhsili proqramlarının (kurikulumların) peşə standartlarına uyğun qurulmasını;
  • İdarəetmənin təşkilini;
  • Tədris planı və proqramlarının tərtibini, tədris-metodiki sənədlərlə işi;
  • Müəssisədaxili nəzarəti;
  • Təhsil müəssisəsinin profilinə uyğun istehsal sahələrini, qabaqcıl ölkələrdə fəhlə kadrlarının hazırlanması sahəsindəki təcrübəni;
  • Tarifləşdirilmə cədvəlinin hazırlanması;
  • Müasir təlim-tərbiyə metodlarını;
  • Pedaqogika və pedaqoji psixologiya elminin son nailiyyətlərini;
  • Tərbiyə işinin təşkili yollarını;
  • İnformasiya-kommunikasiya texnologiyalarından istifadə tələblərini;
  • Təhsil innovasiyalarını və pedaqoji texnologiyaları;
  • Əmək qanunvericiliyini;
  • Təhsil müəssisəsinin profilinə uyğun istehsal sahələrinin inkişaf istiqamətlərini, təhsilin iqtisadiyyatını və maliyyə-təsərrüfat fəaliyyətini, statistikanın əsaslarını;
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını.

Tələblər:

  • Pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsil və ya təhsil müəssisəsinin profilinə uyğun ali təhsil
  • Pedaqoji və ya rəhbər vəzifələrdə 5 ildən az olmayaraq əmək stajı, elmi dərəcəsi və elmi adı olduqda isə 3 ildən az olmayaraq əmək stajı.
  • Ms Office proqramında yüksək səviyyədə işləmək bacarığının olması;
  • Azərbaycan dili mükəmməl, İngilis dili və rus dilini orta üst səviyyədə bilməlidir.

Əmək şəraiti:

  • İş saatları: 1-5 günlər saat 09:00-18:00
  • Əmək qanunvericiliyinin bütün tələblərinin icrası
  • Əmək haqqı 2 500 (İki min beş yüz) manat

Maraqlı olanlar CV-ni “Direktor” başlığı ilə office@universitasinternational.com ünvanına göndərə bilər.

Oxşar vakansiya siyahısı:

Sorğu üzrə heç nə tapılmadı...