Digital marketinq mütəxəssisi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h 500 AZN. Arsenal Group Digital marketinq mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.

Namizədə dair tələblər:

  • Ali təhsil ;
  • Rus dili əla səviyyədə
  • Kreativ düşüncəli, Yaradıcı;
  • Marketinq və reklam kampaniyalarının yaradılmasında iş təcrübəsi;
  • Sosial Media üçün yaradıcı kampaniya təkliflərinin təqdim etmək;
  • Sosial media (Facebook, Instagram, Google, YouTube, LinkedIn və s.) platformalarında sərbəst iş bacarığı
  • Facebook Business manageri ətraflı bilməli , Google Ads , Face Ads bilgiləri
  • Online satış və online satış platformaları haqqında ümumi bilgilər
  • Məsuliyyətlilik, operativlik, dəqiqlik, komanda ilə çalışa bilən;

İş barədə məlumat:

  • Müştərilər üçün rəqəmsal marketinq strategiyasının hazırlanması
  • Komandanın yeni və yaradıcı təşəbbüslərinin inkişaf etdirilməsi;
  • Bütün növ digital platformalarda fəaliyyət və online satış işində iştirak
  • Müştərilərinin sosial şəbəkədəki səhifələrinin kontent planlarının hazırlanmasına və paylaşımlara nəzarət etmək
  • Müştərilərin müxtəlif digital kanallar vasitəsilə reklam kampaniyalarını idarə etmək və optimallaşdırmaq
  • Müştəri ilə şirkət arasında əlaqələri və iş axışını koordinasiya etmək
  • Müvafiq işlərlə bağlı rəhbərliyə hesabatların təqdim edilməsi

İş barədə məlumat:

  • Ə/H NET 500 azn ( mütləq tutulma barədə məlumat elanda yazılsın mötərizədə)
  • İş qrafiki 1-6-cı günlər, 09:00-18:00 .
  • İş yeri: Gənclik , Məmməd Araz 56 K ( Avropa Qapılarının yanı )

Mebel istehsalı üçün hər növ yerli və xarici xammalın satışı (topdan və pərakəndə) və yarımfabrikatların istehsalı xidməti istiqamətində ixtisaslaşan və aparıcı şirkətlərdən biri olan ARSENAL GROUP artıq 28 ildir ki, Azərbaycanda uğurla fəaliyyət göstərir. Şirkət tərəfindən idxal olunan xammal Avstriya, Almaniya, İtaliya, Bolqarıstan, Polşa və Türkiyənin 50-dən çox tanınmış şirkətlərindən gətirilir. Arsenal Group bu şirkətlərin 24-nü Azərbaycanda rəsmi distribyutor kimi təmsil edir. Azərbaycan mebel sektoruna keyfiyyətli və son tendensiyalara uyğun olan məhsullar təklif etmək üçün şirkətin nümayəndələri mütamadi olaraq dünya mebel sərgilərində iştirak edirlər.“ARSENAL GROUP” namizədləri “Satış məsləhətçisi” vakansiyasına müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir:

“ARSENAL GROUP” namizədləri “Digital marketinq mütəxəssisi” vakansiyasına müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir:

CV -göndərərkən mütləq şəkildə mailin mövzu bölümündə Digital marketinq mütəxəssisi qeyd edin.

 

Oxşar vakansiya siyahısı:

2000 — 3000 ₼
Marketinq Direktoru

Super Toys Marketinq Direktoru üzrə vakansiya elan edir. ...

Super Toys

26.04.2024 - Bakı

Marketinq üzrə mütəxəssis

AZBADAM MMC Marketinq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azbadam MMC

08.04.2024 - Bakı

900₼
Sosial media hekayələri üzrə mütəxəssis (Story və Reels üzrə mütəxəssis)

Kontakt Home Sosial media hekayələri üzrə mütəxəssis (Story və Reels üzrə mütəxəssis) vəzifəsi üzrə vakansiya elan edir. ...

Kontakt Home

08.04.2024 - Bakı