Digital Marketinq mütəxəssisi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Embawood Digital Marketinq mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. Rus və İngilis dillərini mükəmməl səviyyədə bilməlidir.

1996-cı ildən fəaliyyətə başlamış Embawood şirkəti artıq 24 ildir ki, müştərilərinin xidmətindədir. Bu period ərzində şirkətdə böyük dəyişikliklər baş vermişdir. Şirkət müştəri yönümlü strategiyanı özünün əsas prinsipi olaraq seçmiş və bu istiqamətdə əsaslı işlər görmüşdür.

Mebeldə arzulanan tərzi duya bilmək üçün keyfiyyət sistemi yeniləndi. Almaniyadan dəvət olunmuş konsaltinq şirkəti keyfiyyət sistemini daha yüksək səviyyəyə qaldırmaqla, istehsalata sözün əsl mənasında “alman keyfiyyəti”ni gətirdi.

Xidmət səviyyəsi daha yüksək pilləyə qaldırıldı. Müştəri xidməti xətti və satışdan sonrakı xidmət sistemi quruldu. Fəaliyyət göstərilən bütün ölkələrdə mebel alışından sonra 24 saat ərzində pulsuz çatdırma və quraşdırma xidməti göstərilir. Standart olaraq məhsulların zəmanət müddəti 2 ildir.

Məhsul portfelində çeşid çoxluğu, müasir və dəbdəbəli dizayn, keyfiyyətə nəzarət, satışdan sonrakı xidmət, müştəri yönümlülük kimi prinsiplər Embawood şirkətinə məhsullarını xarici ölkələrə də təklif etmək imkanı yaradır.

Digital Marketinq mütəxəssisi

Iş qrafiki :

İş yeri: 5 günlük / 09:00 – 18:00

Bakı, Azərbaycan

Işin təsviri :

  • Digital marketing kampanyalarının performansının yüksəldilməsini təmin etmək;
  • Şirkətin digital marketing strategiyasısının müəyyən olunması və idarə edilməsi;
  • Sosial media platformalarının reklam baxımından düzgün qiymətləndirilməsi və ona uyğun reklam strategiyasının müəyyən olunması;
  • Mövzuya uyğun olaraq, yüksək keyfiyyətdə cəlbedici kontentin hazırlanması və ya seçilməsi, hazırlanmış kontentin veb sayt, sosial media hesablarına yerləşdirilməsi;
  • Xidmət və ya məhsulun daha çox hədəf kütləsinə çatdırılmasını təmin etmək;
  • Şirkət hədəfləri istiqamətində marketing strategiyasını inkişaf etdirmək;
  • Daimi yenilənən digital “tool” ları və platformaları izləmək, digital marketing texnologiyaları və ən son trendlərdən xəbərdar olmaq;

 

Tələblər :

  • Müvafiq sahədə iş təcrübəsi
  • Azərbaycan dilini səlis bilməli, rus dilini bilməsi arzu olunandır
  • Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı
  • Content yaratmaq bacarığı;
  • SEO, SEM, Google Analytics, Google Adwords və e-mail marketing üzrə bilik və bacarıqlar;
  • Azərbaycan rus və ingilis dilləri sərbəst danışıq və yazı səviyyəsində;
  • Kreativ, işinə qarşı həvəsli və məsuliyyətli olmalı;
  • Fərqli düşünmə bacarığı, standartlardan kənara çıxmağı bacaran;
  • Verilən işi vaxtında və operativ təhvil vermək bacarığı;
  • Bir neçə tapşırığı idarə etmək bacarığı (multitasking);
  • Analitik düşüncəyə sahib, problemləri sadə yollarla həll etmə bacarığı;

Xahiş olunur CV göndərərkən mövzu yerinə tələb olunan vakansiyanı “ Digital Marketinq mütəxəssisi  ” qeyd edib bu ünvana göndərəsiniz. career@embawood.com

Oxşar vakansiya siyahısı:

2000 — 3000 ₼
Marketinq Direktoru

Super Toys Marketinq Direktoru üzrə vakansiya elan edir. ...

Super Toys

26.04.2024 - Bakı

Marketinq üzrə mütəxəssis

AZBADAM MMC Marketinq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azbadam MMC

08.04.2024 - Bakı

900₼
Sosial media hekayələri üzrə mütəxəssis (Story və Reels üzrə mütəxəssis)

Kontakt Home Sosial media hekayələri üzrə mütəxəssis (Story və Reels üzrə mütəxəssis) vəzifəsi üzrə vakansiya elan edir. ...

Kontakt Home

08.04.2024 - Bakı