Digital Marketing Team Leader
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

NewBar Consulting Digital Marketing Team Leader vəzifəsi üzrə vakansiya elan edir.

Tələblər:

  • Menecment, marketinq üzrə bakalavr dərəcəsi arzuolunandır, digital və marketinq sahələri üzrə əlavə kurs və seminarlar
  • Digital marketing üzrə ən azı 1 il təcrübə (öz uğurlu keyslərini təqdim edən namizədlərə üstünlük veriləcək)
  • Facebook Ads Manager, Google Ads, SEO və digər rəqəmsal reklam alətləri üzrə fəaliyyət planları hazırlamaq və müvafiq prosesləri idarə etmək, müstəqil şəkildə analiz və hesabat təqdimetmə qabiliyyəti.
  • Sosial media vasitələrinin ən yaxşı təcrübələrini və yeni trendləri tədqiq etmək və daim tətbiq etmək.
  • Rus və azərbaycan dillərində yaxşı danışıq, yazma, kontentin yekun redaktə edilməsi (foto / video / mətn), təqdimat və ünsiyyət bacarıqları. İngilis dili üstünlükdür.
  • Deadline ilə işləmək bacarığı, zəruri olduqda prioritetləri dəyişmək və bir neçə layihəni eyni anda idarə etmək bacarığı.
  • Çeviklik, operativlik, tez və müstəqil qərar vermə bacarığı.

Vəzifələri:

  • Google Ads, SEM, SEO, Facebook, Instagram, eləcə də digər sosial media hesablarının idarə edilməsi.
  • Şirkətin və fərqli sektorlardan olan müştərilər üçün komandanın hazırlayacağı aylıq postplan məzmunlarının (şəkillər, video və yazılı) yaradılmasına və idarə edilməsinə birbaşa nəzarət edilməsi
  • Marketinq komandasının idarə edilməsi, PR fəaliyyətinin aparılması
  • Həftəlik və aylıq hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması
  • Aylıq fəaliyyət planının hazırlanması və həyata keçirilməsinin izlənilməsi

İş şəraiti:

  • Gənclərdən ibarət mehriban və gülərüz kollektiv. Səmimi mühit, inkişafa meyilli şirkət. Qısa müddət ərzində karyera yüksəlişi imkanları.
  • Əmək haqqı bonuslarla 1000-1500 AZN.
  • Namizədlər CV və portfoliolarını newbarconsulting@gmail.com ünvanına göndərə bilərlər.

Oxşar vakansiya siyahısı:

2000 — 3000 ₼
Marketinq Direktoru

Super Toys Marketinq Direktoru üzrə vakansiya elan edir. ...

Super Toys

26.04.2024 - Bakı

Marketinq üzrə mütəxəssis

AZBADAM MMC Marketinq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azbadam MMC

08.04.2024 - Bakı

900₼
Sosial media hekayələri üzrə mütəxəssis (Story və Reels üzrə mütəxəssis)

Kontakt Home Sosial media hekayələri üzrə mütəxəssis (Story və Reels üzrə mütəxəssis) vəzifəsi üzrə vakansiya elan edir. ...

Kontakt Home

08.04.2024 - Bakı