Digital Marketing Meneceri
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

AVVA şirkəti Digital Marketing Meneceri vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə öhdəlikləri:

  • Brendin və xidmətlərin rəqəmsal marketinq planlarının, kampaniyalarının hazırlanması və həyata keçirilməsini idarə etmək;
  • Kampaniyaların effektivliyini izləmək, əsas göstəricilərini və KPI-ları müəyyənləşdirib, təhlil etmək və təkmilləşdirmə sahələrini müəyyən etmək;
  • A/B testinq və bənzər alətlərdən istifadə edib müştəri seqmentləri və kanalların effektivliyini təhlil etmək;
  • Rəqəmsal marketinq büdcəsinin planlaşdırılması və nəzarət edilməsi və hər bir yerləşdirmə kanalları (Ödənişli media, mobil, sosial və SEO) üzrə maksimal effektivliyin əldə edilməsinə nəzarət etmək;
  • Google, Facebook və İnstaqram səhifələrində marketinq büdcəsinə əsasən reklam kampaniyaların yerləşdirilməsi və izlənilməsi
  • Kampaniyaların nəticələrini və effektivliyini təhlil etmək və rəqəmsal marketinq portfeli üzrə aylıq hesabatlar yaratmaq;
  • Məhsul və xidmətlərin istifadəçilərinin artımını təmin etmək üçün yeni rəqəmsal kanalları sınaqdan keçirmək.
  • Ən yeni və köklü SEO təcrübələrini analiz və tətbiq etmək;
  • Əməkdaşlıq üçün reklam şirkətlərinin və qiymətlərinin araşdırılması.
  • Korporativ görüşlərin keçirilməsi.
  • Reklam və marketinq məhsullarının hazırlanması.
  • Media, reklam və marketinq agentlikləri ilə sıx əməkdaşlıq.

Namizədə tələblər:

  • Marketinq və ya biznes sahəsində bakalavr dərəcəsi;
  • Marketinq Platformaları üzrə biliklər: Google Analytics, Yandex Metrica, Google Ads; Remarketing Tools, Google Tag Manager, Google Search Console;
  • Komanda ilə işləmə bacarığı;
  • Yaradıcı və yenilikçi düşünmə bacarığı;
  • Analiz etmə və problemləri həll etmə bacarığı;
  • Azərbaycan dili; ingilis və ya rus dili sərbəst.
  • Digital marketing sahəsi üzrə ən azı 2-3 il iş təcrübəsi;

İş rejimi və əmək haqqı:

  • İş qrafiki: 5 gün, 09:00 – 18:00.
  • Əmək haqqı: Müsahibə əsasında
  • Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini hr@avva.az elektron ünvanına göndərə bilərlər.
  • Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Digital Marketinq Meneceri” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Oxşar vakansiya siyahısı:

2000 — 3000 ₼
Marketinq Direktoru

Super Toys Marketinq Direktoru üzrə vakansiya elan edir. ...

Super Toys

26.04.2024 - Bakı

Marketinq üzrə mütəxəssis

AZBADAM MMC Marketinq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azbadam MMC

08.04.2024 - Bakı

900₼
Sosial media hekayələri üzrə mütəxəssis (Story və Reels üzrə mütəxəssis)

Kontakt Home Sosial media hekayələri üzrə mütəxəssis (Story və Reels üzrə mütəxəssis) vəzifəsi üzrə vakansiya elan edir. ...

Kontakt Home

08.04.2024 - Bakı