DevOps üzrə aparıcı mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Elektron Hökumətin İnkişafı Mərkəzi DevOps üzrə aparıcı mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxs DevOps üzrə aparıcı mütəxəssis vakansiyasını elan edir!
Ölkəmizin rəqəmsallaşma siyasətinə öz böyük töhfəsini verən Elektron Hökumətin İnkişafı Mərkəzi DevOps üzrə aparıcı mütəxəssis axtarışındadır.

Müvafiq sahə ilə bağlı bilik və təcrübələrini ən müasir, yaradıcı və peşəkar mühitdə daha da inkişaf etdirmək istəyən hər bir kəs Elektron Hökumətin İnkişafı Mərkəzinin inklüziv ailəsinin bir parçası ola bilər.

DevOps üzrə aparıcı mütəxəssisin gözlənilən fəaliyyətinə aşağıdakılar daxildir:

  • İnfrastrukturun – server, iş stansiyaları, avadanlıq və proqram təminatının fasiləsiz fəaliyyətini təşkil və təmin etmək;
  • Problemlərin qısa müddətdə aşkarlanması, analizi və həll olunması;
  • Dəyişikliklər, profilaktik işlər və problemlərlə bağlı lazımi bütün işçi qruplarının məlumatlandırılması;
  • Mövcud servislərin dayanaqlılığını təmin etmək;
  • Bütün dəyişikliklərin sənədləşdirilməsi;
  • İşlərin təşkili, planlanması, qeydiyyatının aparılması və prioritetlərin təyin edilməsində iştirak;

TƏLƏB OLUNUR:

  • İnformasiya texnologiyaları və sistem mühəndisliyi, kompüter elmləri, kompüter mühəndisliyi, riyaziyyat ixtisasları, iqtisadiyyat və – idarəetmə qrupu ixtisas üzrə ali təhsili olanlara üstünlük verilir;
  • İngilis və rus dilləri üzrə biliklər;
  • Sahə üzrə ən azı 1 il iş təcrübəsi.

Əsas texniki bilikər:

  • Linux əməliyyat sistemlərinə dair nəzəri və praktiki biliklər;
  • Provisioning alətlərini başa düşmək və bu alətlərlə bağlı minimum iş təcrübəsinə sahib olmaq;
  • Cİ/CD alətlərini başa düşmək və bu alətlərlə bağlı minimum iş təcrübəsinə sahib olmaq;
  • Virtualizasiya texnologiyalarını başa düşmək və bu texnologiyalar ilə təcrübə;
  • Container texnologiyasını başa düşmək və əhatəli təcrübəyə sahib olmaq
  • Container orchestration texnologiyası ilə təcrübəyə sahib olmaq;
  • İstənilən versiya kontrol sistemləri ilə zəruri səviyyədə təcrübəyə sahib olmaq;
  • Mikroxidmətlər ilə zəruri səviyyədə təcrübəyə sahib olmaq.

Arzu olunan texniki biliklər:

  • CentOS
  • Ansible
  • GitLab CI
  • VMware ESXi
  • Docker
  • Kubernetes
  • Git
  • Packer
  • Terraform
  • Helm
  • Python

Davranış bacarıqları:

  • Peşəkarlıq və məsuliyyətlilik
  • Detallara diqqətcillik
  • Komanda işi
  • Planlama və təşkiletmə
  • Aktiv öyrənmə bacarığı
  • Vaxtın idarəedilməsi
  • Problem analiz etmə

BİZ TƏKLİF EDİRİK:

  • Rəqabətə davamlı əmək haqqı
  • Performansa görə mükafatlandırma
  • Tibbi siğorta
  • Zəngin təcrübə və peşəkar inkişaf
  • Müasir standartlara cavab verən işyeri və ən son texnologiyalarla təminat
  • Mehriban və inklüziv mühit
  • “Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxsi (bundan sonra “Mərkəz”) Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il 14 mart tarixli 185 nömrəli “Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılmışdır. Mərkəz, dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və effektiv idarə edilməsi sahəsində koordinasiyanı həyata keçirmək məqsədi ilə əlaqələndirici qurum funksiyalarını yerinə yetirməklə yanaşı xidmətlərin əhali arasında təbliğatının da həyata keçirilməsindən məsuldur. Mərkəz, müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən Azərbaycan Respublikasının ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və e-xidmətlərin göstərilməsini təmin edir. Mərkəz tərəfindən həmçinin elektron xidmətlərin, o cümlədən dövlət-biznes (G2B – government to business), biznes-dövlət (B2G – business to government) istiqamətlərində elektron xidmətlərin inkişafı məqsədilə çoxşaxəli tədbirlər həyata keçirilməkdədir.
  • Biz işlərimizi şəffaflıq və dürüstlük çərçivəsində icra edirik.
  • Səmərəlilik bütün planlarımızın məqsədidir
  • İnnovasiyalar bizi daha da gücləndirir
  • Ətraf mühitə və dövlət resurslarına qənaətcil yanaşırıq
  • Siz yox “Biz” prinsipi ilə çalışırıq
  • Ortaq məqsədləri paylaşırıq
  • Təvəzökarlıq komandamızı irəliyə aparır

Bizimlə eyni dəyərləri və məqsədləri paylaşır və karyeranda yüksəlmək istəyirsənsə, EHİM ailəsi olaraq biz səni gözləyirik!

Müraciət üçün:

https://www.digital.gov.az/vacancies/70

Oxşar vakansiya siyahısı:

İngilis dili (Data Science üçün )

Təlimçi Data İngilis dili (Data Science üçün ) həftədə 1 dəfə olmaqla dərslər keçəcəkdir. ...

Eduaz.com

24.04.2024 - Bakı

Şəbəkə üzrə mühəndis / Şəbəkə üzrə aparıcı mühəndis

Kontakt Home Şəbəkə üzrə mühəndis / Şəbəkə üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azərbaycan Beynəlxalq Bankı

23.04.2024 - Bakı

Proqram təminatı üzrə aparıcı mühəndis (Senior Backend Developer)

Kontakt Home Proqram təminatı üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. Komanda ilə işləmək bacarığı olmalıdır. ...

Kontakt Home

17.04.2024 - Bakı

HelpDesk (kiçik mütəxəssis)

BERC Group MMC HelpDesk (kiçik mütəxəssis) vakansiyası üzrə işə qəbul elan edir. ...

BERC Group

29.03.2024 - Bakı