Deklarant
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Aqrokimya MMC Deklarant vəzifəsi üzrə vakansiya elan edir.

Tələblər:

  • Ali təhsil;
  • Sahə üzrə minimum 1 il təcrübə mütləqdir;
  • Gömrük Bəyannamələrinin növləri/rejimləri haqqında biliklərin olması;
  • Kompüter bilikləri: MS office proqramlarını (Word, Excel) bilməli;
  • Dil bilikləri: Azərbaycan dili yüksək səviyyədə, rus və ingilis dil biliyi arzuolunandır;
  • İşində məsuliyyətli, dəqiq, operativ, punktual və kollektivdə işləmə bacarığı;
  • Yarana biləcək problemləri həll etmə bacarığı və analitik təfəkkür.

Vəzifə öhdəlikləri:

  • İdxal və ixrac olunan malların gömrük rəsmiləşdirilməsi əməliyyatlarının həyata keçirilməsi və gömrük işi sahəsində digər vasitəçilik funksiyalarının yerinə yetirilməsi;
  • Azərbaycan Respublikasının gömrük orqanlarına sənədlərin və gömrük rəsmiləşdirilməsi üçün zəruri olan əlavə məlumatların təqdim edilməsi;
  • İdxal və ixrac olunan malların marşrut xətti üzrə izlənilməsi və nəzarətdə saxlanılması;
  • Gömrük ödənişlərinin və bəyan edilən mallara aid Azərbaycan Respublikasının «Gömrük Məcəlləsi»ndə nəzərdə tutulmuş digər ödənişlərin ödənilməsinin təmin edilməsi;
  • Bəyan edilən mallar barəsində səlahiyyətlərə malik olan şəxs qismində gömrük rəsmiləşdirilməsi və gömrük nəzarəti üçün zəruri olan digər işlərin yerinə yetirilməsi;
  • Azərbaycan Respublikasının gömrük orqanlarını idxal və ixrac olunan malların gömrük buraxılış məntəqələrindən keçirilməsi niyyəti barədə xəbərdar edilməsi;
  • Gömrük məqsədləri üçün zəruri olan sənədlərin siyahısının tərtib edilməsi;
  • Zəruri hallarda malların müvəqqəti saxlanc anbarlarında yerləşdirilməsi;
  • Azərbaycan Respublikasının gömrük orqanlarına sənədlərin və gömrük məqsədləri üçün zəruri olan əlavə məlumatların təqdim edilməsi;
  • Gömrük ödənişlərinin düzgün hesablanması.

Əsas təminatlar:

  • Nahar ilə təmin olunur,
  • Aylıq mobil rabitə limiti ilə təmin olunur,

İş şəraiti:

  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
  • İş qrafiki 5 gün 9:00-18:00, şənbə günü 9:00-14:00, bazar günü istirahət;
  • Əmək haqqı: 500-700 AZN

E-mail : aliyeva.s@agrokimya.com

Mövzu hissəsində ” Deklarant ” qeyd olunması zəruridir.

Qeyd: Xahiş olunur fikri ciddi olmayan və tələb olunan sahə üzrə iş təcrübəsi olmayan namizədlər CV göndərməsin. CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun.

Oxşar vakansiya siyahısı:

600₼
Anbardar

Sabah Group MMC Anbardar vəzifəsi üzrə vakaniya elan edir. ...

SABAH GROUP MMC

18.04.2024 - Bakı

Xarici Satınalma üzrə Mütəxəssis

ZH-GROUP MMC Xarici Satınalma üzrə Mütəxəssis vakansiyasıni elan edir ...

ZH-GROUP MMC

18.04.2024 - Bakı