Qısa məzmun
PASHA Insurance Debitorlar idarəolunması üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Vəzi̇fə və Öhdəli̇klər:
- Sığorta müqavilələri üzrə sığorta haqlarının izlənməsi və ödənilməsinin təmin edilməsi;
- Müştərilərin borclar barədə ətraflı məlumatlandırılması və sənədlərlə təmin olunması;
- Debitor borcların araşdırılması və yaranma səbəblərin təyin edilməsi;
- Əsassız məbləğlərin müvafiq sığorta şəhadətnamələrinə və ya hesablara yönləndirilməsi;
- Debitor borcaların ödənilmədiyi halda sığorta şəhadətnamələri üzrə xitam prosesinin icrası;
- Analitik hesabatların hazırlanması;
- Müştərilərə keyfiyyətli xidmət göstərilməsi, ehtiyac yaranarsa işgüzar görüşlərdə iştirak edilməsi;
- Mövcud siyasətin davamlı qiymətləndirilməsi və prosesin təkmilləşdirilməsi üçün tövsiyyələr vermək;
- Birbaşa rəhbərin tapşırığına əsasən, vəzifə təlimatında qeyd olunmamış lakin şirkət üçün faydalı ola biləcək işləri icra etmək.
Bi̇li̇klər:
- Ali təhsil: Maliyyə və kredit, Bank işi, İqtisadiyyat, Mühasibat uçotu və ya oxşar sahə üzrə;
- Dil bilikləri: Azərbaycan dili üzrə səlis yazılı və şifahi biliklər, yüksək səviyyədə İngilis və Rus dili;
- Kompüter bilikləri: MS Office (Excel, Word, PowerPoint, Power BI) proqramları üzrə biliklər.
Təcrübə:
- Maliyyə, bank və ya mühasibatlıq sahəsində 1-3 il iş təcrübəsi tələb olunur.
Bacarıqlar:
- Komandada işləmək və mükəmməl kommunikasiya bacarığı;
- Səlis danışıq qabiliyyəti;
- Vaxtın idarəolunması bacarığı;
- Məlumatların məxfiliyinin qorunub saxlanılması;
- Detallara diqqət və analitik bacarıqlar;
- Təşəbbüskarlıq;
- İş prosesində yaranan problemə çevik reaksiya vermək bacarığı;
- Stres altında işləmək qabiliyyəti.
Zəhmət olmasa, müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi göndərin.
Oxşar vakansiya siyahısı:
Bokt “Falcon Finance” MMC Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. Fərdi və komanda tərkibində işləmə qabiliyyəti olmalıdır. ...
Unibank Borcların təhlili üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
CMT Group MMC Muhasib vəzifəsi üzrə vakansiya elan edir. ...
“Az Protein Foods Group” MMC Mühasib köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
AZDIZAYN GROUP Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...