Qısa məzmun
Azeri Express Ltd Debitor vəzifəsi üzrə vakansiya elan edir.
Əmək haqqı – müsahibənin nəticəsi əsasında razılaşma yolu ilə müəyyənləşdirilir.
AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
İş saatı: 09:00- 18:00 (5 gün)
Öhdəliklər:
- Debitor borcların izlənməsi və təhlili;
- Şübhəli Debitor borclarının müəyyən edilməsi;
- Avans sahiblərinin balanslarına nəzarət etmək;
- Debitorlarla hesablaşmalara nəzarət etmək və debitorlar üzrə qalıqların yoxlanılması;
- Müştərilər ilə üzləşmə aktlarını/hesabatlarını hazırlamaq;
- Həftədə bir dəfə problemli borclara dair iclaslarda müzakirə etmək, təhlil etmək və sonda lazımi tədbirlərin görülməsini təmin etmək;
- Debitor borclar üzrə tələb olunan, korporativ hesabatların və digər daxili hesabatların hazırlanması və aidiyyatı üzrə təqdim edilməsi;
- Debitorların izlənilməsi və ödənişləri təmin etmək, hesabların yazılması, gündəlik E-qaimə tərtib edilib göndərilməsinə dəstək vermək;
- Korporativ müştərilərin borc məlumatlarının bazaya əlavə olunması;
- Korporativ e-mail və yazışmaların həyata keçirilməsi;
Namizəd üçün tələblər:
- Azərbaycan dilində səlis yazılı və şifahi bilmək, ingilis dili, rus dili (arzuolunan);
- Maliyyə, bank və ya mühasibatlıq sahəsində azı 1 illlik təcrübə (arzuolunan);
- Maliyyə və kredit, Bank işi, İqtisadiyyat, mühasibat uçotu və ya oxşar sahə üzrə ali təhsil (arzuolunan);
- MS Office (Excel, Word, PowerPoint) proqramlarını yüksək səviyyədə və tam sərbəst bilmək;
- Ofis avadanlıqları ilə tam sərbəst işləmək (printer, scan)
- İnternet axtarış sistemlərindən sərbəst istifadə;
- Yaş həddi 22-30
- Gözəl danışıq qabiliyyəti, işində səliqəli, məsuliyyətli və dəqiq;
- Yalnız xanım namizəd tələb olunur;
- Bacarıqlar:
- Komandada işləmək, Kommunikasiya və ünsiyyət bacarıqları;
- Analitik yanaşma və təhlil;
- Problem həll etmə bacarıqları;
- Vaxt idarəetmə bacarıqları;
- Məlumatların məxfiliyini qoruyub saxlamaq bacarığı;
- Yüksək səviyyədə motivasiya və həvəsli olma, eləcə də sürətlə oyrənmə bacarığı;
- 09:00- 18:00 ( 5 gün )
Oxşar vakansiya siyahısı:
Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti)
PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mühasib
Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...