Debitor-kreditorlar üzrə əməliyyatçı
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Sirab ASC Debitor-kreditorlar üzrə əməliyyatçı vəzifəsi üzrə vakansiya elan edir.

Əsas tələblər:

  • Minimum təhsil dərəcəsi: Bakalavr;
  • Kompüter bilikləri: MS Office – Əla;
  • Dil bilikləri: Azərbaycan – Əla;
  • Yaş həddi: 22 – 30;
  • Minimum təcrübə: 1 il;
  • Riyazi biliklər və analitik düşünmə bacarığı;
    -Mühasibat uçotunun təşkili və maliyyə, vergi və digər hesabatların tərtibi üzrə yuxarı orqanların əsasnamə, sərəncam və əmrləri haqqında biliklər;
  • Müəssisə, idarə və təşkilatlarda mühasibat uçotunun aparılmasının metodları üzrə biliklər;
  • Maliyyə, vergi və digər hesabat formaları və onların tərtib edilməsi;
  • Müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin iqtisadi təhlil metodları üzrə nəzəri biliklər.

Fərdi keyfiyyət göstəriciləri:

  • İşdə dəqiqlik və detallara diqqətlilik;
  • Məsuliyyətlilik;
  • Ünsiyyətlilik;
  • Komandada işləmək bacarığı.

İş barədə:

  • Debitor-kreditorlar üzrə hesabatların müəyyən edilmiş müddətlərdə tərtib edilməsi;
  • Mühasibat uçotunda və yekun maliyyə vəziyyəti hesabatlarında əks olunan qarşılıqlı debitor və kreditor qalıqlarının hesabatının tərtib edilməsi;
  • Hesab-fakturalar əsasında təchizatçılarla əməliyyatların uçotu;
  • Təchizatçılar və müştərilərlə mütəmadi üzləşmələrin həyata keçirilməsi;
  • Mühasibatlıq sənədlərinin saxlanılması, rəsmiləşdirilməsi və müəyyən olunmuş qaydada onların arxivə təhvil verilməsi;
  • Fəaliyyəti üzrə statistik və digər məlumatların müəyyən olunmuş qaydada təqdim edilməsi;
  • Əməliyyatların sənədləşdirilməsi qaydasını və uçotun sahələri üzrə sənəd dövriyyəsinin təşkili.
  • Öz fəaliyyəti üzrə rəhbərliyin əmr, sərəncam və tapşırıqlarının, normativ-hüquqi aktların tələblərinin vaxtında və müvafiq qaydada yerinə yetirilməsi;
  • Ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata keçirilməsi;

İş vaxtının norması:

  • 5 günlük iş rejimi;
  • Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
  • 500-600 AZN;
  • Yemək şirkət tərəfindən;
  • Şirkət nömrəsi və danışıq paketi.

Müraciət forması:

Uyğun namizədlərdən cv-lərini mövzu yerinə “Debitor kreditorlar üzrə əməliyyatçı” yazmaqla cv@sirab.az mail ünvanına göndərmələri xahiş olunur.

Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Babək “Sirab” ASC haqqında:

“Sirab” mineral su yatağından sənaye məqsədilə istifadəyə XX əsrin 50-ci illərindən başlanmışdır. İlk dəfə olaraq yatağın su ehtiyatları hesablanmış və 1968-ci ildə Moskvanın Dövlət Ehtiyatlar Komissiyasında təsdiq edilmişdir. Aşkar olan mineral suların bazası əsasında 1968-ci ildə Azərbaycanda ən böyük mineral sudoldurma zavodu istifadəyə verilmişdir. Sovet İttifaqı dağıldıqdan bir müddət sonra Ümummilli dahi liderimiz Heydər Əliyev cənablarının Azərbaycan Respublikasında sahibkarlığa göstərdiyi qayğının nəticəsində 2003-cü ildə “Sirab” mineral sular zavodu Açıq Səhmdar Cəmiyyətinə çevrilmişdir. Babək “Sirab” ASC bir sıra Avropa, Rusiya və Türkiyə firmaları ilə əlaqə yaradaraq yeni müasir avadanlıqlar almışdır.

Oxşar vakansiya siyahısı:

1000 — 1500 ₼
İstehsalat üzrə mühasib

Abacus Audit And Consulting İstehsalat üzrə mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

Abacus Audit And Consulting

14.05.2024 - Bakı

Kredit mütəxəssisi

Bokt “Falcon Finance” MMC Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. Fərdi və komanda tərkibində işləmə qabiliyyəti olmalıdır. ...

Falcon Finance

03.05.2024 - Xudat

Borcların təhlili üzrə kiçik mütəxəssis

Unibank Borcların təhlili üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Unibank

30.04.2024 - Gəncə

Mühasib

CMT Group MMC Muhasib vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

25.04.2024 - Bakı

600 — 800 ₼
Mühasib köməkçisi

“Az Protein Foods Group” MMC  Mühasib köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

24.04.2024 - Bakı

Maliyyə meneceri

AZDIZAYN GROUP Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

AZ Dizayn Group

23.04.2024 - Bakı