Debitor kreditor üzrə mühasib
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

MSDIS Holding Debitor kreditor üzrə mühasib vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə öhdəlikləri:

  • Kreditor və Debitor hesablaşmaları üzrə əməliyyatlar aparmaq;
  • Hesab-fakturalar əsasında təchizatçılarla əməliyyatların uçotunu həyata keçirmək;
  • Avans hesablarını gündəlik izləmək və balansa nəzarət etmək;
  • 1 C 8.3 proqramında müvafiq sənədləri formalaşdırmaq;
  • Hesab-fakturalar və digər sifarişlərlə əməliyyatlar zamanı yaranan problemləri həll etmək;
  • Təchizatçılar və müştərilərlə mütəmadi üzləşmələrin həyata keçirilməsi və müvafiq aktların bağlanması prosesini həyata keçirmək;
  • Mühasibat uçotunda və yekun maliyyə vəziyyəti hesabatlarında əks olunan qarşılıqlı debitor və kreditor qalıqlarını təsdiqləmək ;
  • Şirkətin daxili siyasətinə uyğun olaraq açıq qalan məbləğlərin mütəmadi təhlillərini aparmaq;
  • Mühasibat yazılışlarını mütəmadi nəzərdən keçirmək, araşdırmalar aparmaq, uyğunsuzluqların olmamasına və ya aradan qaldırılmasına nəzarət etmək;
  • Tələb olunan hesabat formalarının aydın və dəqiq doldurmaq.

Tələblər:

  • Yaş həddi: 25-40;
  • Mühasibat uçotu, maliyyə və ya iqtisadi yönümlü ali təhsil;
  • Mühasibat uçotu ilə bağlı yerli qanunvericiliyi bilmək;
  • Maliyyə-mühasibat işi üzrə min 2- 3 ildən az olmayaraq iş stajı;
  • Kompüterdə sərbəst işləyə bilmək (1C 8.3 , Elektron Hökümət Portalı), Office (Microsoft Word, Excel, PowerPoint);
  • Analitik bacarıqlara sahib olmaq;
  • Məsuliyyət, düzgünlük, dəqiqlik, stresə davamlılıq,sürətli qərar qəbuletmə bacarığına sahib olmaq;
  • Komandada işləmək bacarığına sahib olmaq.

İş haqqında məlumat:

  • İş saatları: həftə içi 10.00-18.00, şənbə isə qısa iş günü.
  • Əmək haqqı: müsahibə zamanı müəyyən ediləcəkdir.
  • Ünvan: Nərimanov rayonu, Arif Heydərli 120-122.

Oxşar vakansiya siyahısı:

Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti)

PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

PASHA Bank

07.05.2025 - Bakı

Mühasib

Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...

Mətanət A

07.05.2025 - Bakı