Qısa məzmun
Rifah group Debitor borclar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Debitor borclarının izlənməsi və təhlili;
- Şübhəli Debitor borclarının müəyyən edilməsi;
- “Avans sahiblərinin balanslarına nəzarət etmək;
- Müştərilər ilə üzləşmə aktlarını/hesabatlarını hazırlamaq;
- Debitor balans hesabatını müvafiq maraqlı tərəflərlə təhlil etmək;
- Hesabların müxabirləşməsini nəzərdən keçirmək, araşdırmaq, səhvləri və uyğunsuzluqları aradan qaldırmaq;
- Mühasibatlıq sənədlərinin saxlanılması, rəsmiləşdirilməsi və müəyyən olunmuş qaydada onların arxivə təhvil verilməsi işlərini aparmaq;
- Aylıq maliyyə hesabatlarının hazırlanması və təhlil edilməsinə dəstək verilməsi;
- Debitorlarla hesablaşmalara nəzarət etmək və debitorlar üzrə qalıqların yoxlanılması;
- AR hesablarının qısa zamanda ödənilməsi və yaxud ödənişə zəmanətin alınması;
- Ayda ən azı bir dəfə problemli borclara dair iclaslarda müzakirə etmək, təhlil etmək və sonda lazımi tədbirlərin görülməsini təmin etmək;
- Debitorların izlənilməsi və ödənişləri təmin etmək, hesabların yazılması, gündəlik E-qaimə tərtib edilib göndərilməsi;
Namizədə tələblər:
- Ali təhsilli olmalı;
- Maliyyə sahəsində 1-3 illik təcrübə;
- İşə strukturlaşdırılmış və proses yönümlü yanaşmaya malik olmalı;
- Microsoft Word, Excel, PowerPoint komputer proqramlarını bilməli;
- Mühasibat uçotu ilə bağlı yerli qanunvericiliyi bilməli;
- Yaxşı elektron cədvəl və yazı bacarıqları olmalı;
- Stressə davamlı və sürətli qərar qəbuletmə bacarığı olmalı;
Əmək haqqı: Razalaşma yolu ilə
İş yeri: Bakı şəhəri
İşin əhatə dairəsi: Ölkə ərazisisi üzrə
İş qrafiki: 09:30-17:30 (bazar ertəsi – cümə), şənbə günü 10:00-16:00
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən xahiş olunur mövzu sətirində “Debitor borclar üzrə mütəxəssis” qeyd edərək CV-lərini elektron poçt ünvanına göndərsinlər.
Mənbə: jobsearch.az
Oxşar vakansiya siyahısı:
Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti)
PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mühasib
Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...