Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Avrora Debitor borcları üzrə Maliyyə Analitiki vəzifəsi üzrə vakansiya elan edir.
Əsas vəzifə öhdəlikləri:
- Maliyyə hesabatlarının hazırlanması;
- Maya dəyərinin analizi və kənarlaşmaların müəyyən edilməsi;
- Büdcələrin hazırlanması və təsdiq edilən büdcələrin izlənilməsi;
- Maliyyə hesabatlarının analizi və maliyyə əmsallarının hesablanması;
- Satış hesabatlarının hazırlanması və təhlil edilməsi;
- Malların marjinallığının hesablanması və təhlil edilməsi;
- Hesabat dövrünün xərclərinin yoxlanılması və analiz edilməsi.
Tələb olunan bilik və bacarıqlar:
- Güclü analitik və riyazi düşüncəyə malik olması;
- Problem həll etmə bacarığı;
- Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti.
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
- Təhsil: Maliyyə və mühasibatlıq sahələri üzrə ali təhsil;
- Beynəlxalq maliyyə hesabatı standartları haqqında biliklər (F3);
- İş təcrübəsi : Mühasibatlıq və yaxud maliyyə sahəsində ən az 1 il iş təcrübəsi;
- Kompüter bilikləri: MS Office proqramlarından (yüksək səviyyədə Excel) istifadə etmək bacarığı;
- Dil bilikləri: Azərbaycan (əla), İngilis və Rus dilləri arzuolunandır;
İş şərtlərimiz:
- İş qrafiki: Həftədə 5 iş günü;
- İş saatları: 09:00-18:00;
- İş yeri : Bakı ş., Aşıq Molla Cümə küçəsi, 46C.
Biz nə təklif edirik:
- Əmək bazarında rəqabətli əməkhaqqı;
- İşçilərə qayğı proqramı;
- Peşəkar komanda mühiti;
- Nahar;
- Şirkət hesabına korporativ nömrə;
- Təlim və inkişaf imkanları;
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Debitor borcları üzrə maliyyə analitiki” yazaraq göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Oxşar vakansiya siyahısı:
SUPERFON Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
SUPERFON Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Camal LTD şirkəti 1C operator vəzifəsi üzrə vakansiya elan edir. Məsulliyyətli, ciddi və işguzar olmalıdır. ...
Camal LTD şirkəti 1C operator vəzifəsi üzrə vakansiya elan edir. Məsulliyyətli, ciddi və işguzar olmalıdır. ...