Qısa məzmun
Ə/h razılaşma yolu ilə. İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Daxili nəzarət sektorunun aparıcı məsləhətçisi / daxili auditor vəzifəsi üzrə vakansiya elan edir.
İşin qısa təsviri:
• Struktur bölmələrdə və tabelikdə olan qurumlarda daxili audit yoxlamalarını həyata keçirmək və daxili nəzarət sahəsində monitorinq aparılması.
Namizədin vəzifə öhdəlikləri:
- İllik audit planının və audit proqramının hazırlanmasında iştirak etmək;
- Audit planı əsasında daxili audit yoxlamalarının həyata keçirilməsi;
- Daxili nəzarət üzrə aparılan daimi monitorinq işinin koordinasiya edilməsi və analitik prosedurların həyata keçirilməsi;
- Daxili audit üzrə aparılmış yoxlamaların nəticəsi və daxili nəzarət üzrə görülmüş işlər barədə hesabatların tərtib edilməsi və verilməsi;
- Xidməti araşdırmalara dair hesabatların və xidməti məlumatın tərtib edilməsi və verilməsi.
Namizədə olan tələblər:
- Ali iqtisadi təhsil;
- Müvafiq sahə üzrə azı 1 il iş təcrübəsi;
- Mülki, əmək və vergi qanunvericiliyi üzrə biliklər;
- Mühasibat uçotunun beynəlxalq standartları və yerli standartlar üzrə biliklər;
- Beynəlxalq audit standartları üzrə biliklər;
- Microsoft Office proqramları üzrə biliklər.
Qeyd: Uyğun namizədlərdən hr@icherisheher.gov.az elektron ünvanına mövzu yerinə “Aparıcı məsləhətçi” yazaraq CV göndərmələri xahiş olunur
Oxşar vakansiya siyahısı:
AGRO - WEST DC LLC şirkəti Maliyyə nəzarət mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Siyəzən Broyler MMC Mühasib-operator vəzifəsi üzrə vakansiya elan edir. ...
SUPERFON Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Camal LTD şirkəti 1C operator vəzifəsi üzrə vakansiya elan edir. Məsulliyyətli, ciddi və işguzar olmalıdır. ...