Qısa məzmun
ATB Bank Daxili Nəzarət Departamentinin Daxili nəzarət və frod halların araşdırılması şöbəsində baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Təsvir
- Bank fəaliyyətinin bütün sahələrində qanun pozuntusu (dələduzluq, mənimsəmə və s.) hallarının aşkarlanması və araşdırılması tədbirlərini həyata keçirmək;
- Bankın fəaliyyətində nəzarət boşluqlarını aşkarlamaq və nəzarət sisteminin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;
- Bankda nəzarət prosesini gücləndirən yeni alət və mexanizmlərin hazırlanmasında və tətbiqində iştirak etmək;
- Bankda aparılan əməliyyatların qanunvericiliyə və daxili qaydalara uyğunluğunu monitorinq etmək və baş verən kənarlaşmaların aradan qaldırılması istiqamətində tədbirlər görmək.
Tələblər
- Ali iqtisadi təhsil;
- Bank sahəsində 3 il iş təcrübəsi (Nəzarət, audit və ya risk sahəsində 1 ildən artıq iş təcrübəsi olan namizədlərin müraciətləri nəzərə alınacaqdır);
- Azərbaycan dili səlis olmalı (rus və ingilis dili bilikləri arzuolunandır);
- Yaxşı səviyyədə MS Excel bacarığı (SQL və Power BI bilikləri üstünlük hesab olunur);
- CİA, CFE sertifikatlarının olması arzuolunandır;
- Bank əməliyyatları və bank qanunvericiliyi barədə yüksək səviyyədə biliklər;
- Frod əməliyyatları barədə anlayışlar;
- Analitik təhlil qabiliyyəti, məsuliyyətlilik, komandada işləmək bacarığı.
Müraciət üçün link https://qlor.me/lw4yfrgt3i
Oxşar vakansiya siyahısı:
SUPERFON Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Camal LTD şirkəti 1C operator vəzifəsi üzrə vakansiya elan edir. Məsulliyyətli, ciddi və işguzar olmalıdır. ...
Camal LTD şirkəti 1C operator vəzifəsi üzrə vakansiya elan edir. Məsulliyyətli, ciddi və işguzar olmalıdır. ...
Premium Bank Əməliyyat risklərinin idarə edilməsi üzrə aparıcı/baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...