Qısa məzmun
Ə/h razılaşma yolu ilə. AVT Logistics Daxili nəzarət mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. Şəxsi avtomobili olanlara üstünlük veriləcəkdir.
Şirkət haqqında:
1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti 14.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. 2020-ci ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.
- İş yeri: Bakı şəhəri
- İş təcrübəsi: 2-3il
- Təhsil: Ali iqtisadi təhsil
- Yaş həddi: 25-35
- İşin Təsviri: Daxili nəzarət prosesinin təşkili və idarə olunması.
İşin Təsviri:
- Risklərin qiymətləndirilməsi, maliyyə hesablarının dəqiqliyini, etibarlığını və mühasibat uçotu məlumatları sistemlə düzgün tətbiqini nəzarətdə saxlamaq.
Vəzifə öhdəlikləri:
- Şirkətin müxtəlif strukturlarında mütəmadi olaraq yoxlamalar aparmaq;
- Yoxlamaların nəticələri haqqında rəhbərliyə hesabatlar təqdim etmək;
- İş bölgüsü əsasında rəhbərlik tərəfindən verilmiş digər tapşırıqları icra etmək;
- Baş vermiş dələduzluq hallarını aşkarlayıb aktlaşdırmaq və mövcud çatışmazlıqların həlli istiqamətində tədbirlər görmək.
Tələblər:
- Dəqiq və məsuliyətli olmaq;
- Problemləri həll etmə bacarığı;
- Yüksək analitik təhlil qabiliyyəti;
- Microsoft Office proqramları biliyi;
- Komandada işləmək bacarığı;
- İngilis və rus dillərini bilmək arzuolunandır;
- Şəxsi avtomobili olanlara üstünlük veriləcəkdir.
Əmək haqqı: Müsahibə əsasında təyin olunur və Əmək bazarında rəqabətə davamlıdır.
Təminatlar:
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə;
- Endirimli tibb xidməti;
- Əmək müqaviləsi;
- 5 günlük iş qrafiki.
Müraciət qaydaları: CV-nizi cv@avtlogistics.az elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Daxili nəzarət mütəxəssisi” yazıb göndərməklə müraciət edə bilərsiniz
Oxşar vakansiya siyahısı:
BOKT “Falcon Finance” MMC Audit vəzifəsi üzrə vakansiya elan edir. ...
BOKT “Falcon Finance” MMC (Bakı filialı) Komplayens şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...