Daxili nəzarət şöbəsinin aparıcı mütəxəssisi
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. AzerGold CJSC Daxili nəzarət şöbəsinə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Şirkət haqqında:

“AzerGold” QSC qiymətli və əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsi sahəsində fəaliyyət göstərir.

Vakansiyanın adı: Daxili nəzarət şöbəsi, mütəxəssis (Daşkəsən rayonu, Çovdar Filiz Emalı sahəsi)

Əsas vəzifə və öhdəliklər:

  • Metodologiyanın hazırlanması və tətbiqi:
  • Siyasət, prosedur və qaydaların, habelə metodologiyanın dəyişdirilməsi, yenilərinin hazırlanmasında iştirak edir;
  • Tamlıq, dəqiqlik və səmərəliliyi təmin etmək üçün bütün siyasət, prosedur və qaydaların dövrü olaraq (illik) qiymətləndirilməsini təşkil edir;
  • Siyasət, prosedur və qaydalarda edilən dəyişikliklərin Cəmiyyətin əməkdaşlarına müvafiq qaydada çatdırılmasını təmin edən mexanizmləri yoxlayır, habelə müvafiq çatdırılmanı təmin etmək üçün təşkil olunan təlimlərin effektivliyinə nəzarət edir.
  • Kamplayns (uyğunluq) üzrə nəzarət:
  • Cəmiyyətin mövcud siyasət, prosedur və qaydalarından, habelə fəaliyyət istiqamətindən yayınmaların səbəb olacağı riskləri və onların təsirini dəyərləndirir;
  • Cəmiyyətin fəaliyyətinin qanunvericiliyin tələblərinə uyğunluğunu və yayınmaları qiymətləndirir;
  • Cəmiyyətin PL və TMM ilə bağlı siyasətin tətbiqinə, habelə tənzimləyici orqan qarşısında hesabatlılığın təmin olunmasına nəzarət edir.
  • Daxili tədqiqatların aparılması:
  • Daxili nəzarət alətlərindən istifadə etməklə Cəmiyyətin emal sahəsində olan mövcud vəziyyətinin təhlil edilməsində, şöbənin illik fəaliyyət planına uyğun olaraq yoxlamaların və xidməti araşdırmaların aparılmasında iştirak etmək, bu istiqamətində riskləri aşkarlamaq və təqdim etmək;
  • Qanunvericiliyin, habelə daxili qayda, prosedur və siyasətlərin pozulması ilə müşahidə olunan hadisələri araşdırır;
  • Müvafiq mövzuda təkliflər təqdim edir, hesabat və xidməti məruzələrin hazırlanmasında yaxından iştirak edir;
  • Nöqsanların aradan qaldırılması istiqamətində tədbir görür;
  • Daxili nəzarət tədbirlərinin nəticələri əsasında Cəmiyyətin fəaliyyətinin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması, mütərəqqi və müasir iş proseslərinin tətbiqi üzrə rəhbərliyinə təkliflər verir.

Tələb olunan bilik, bacarıq və səriştələr:

  • Analiz və idarəetmə bacarığı, komanda ruhu, təşkilatçılıq, ünsiyyət, münasibətlərin qurulması, təlim keçmə bacarığı, şəxsi və peşəkar inkişaf, analitik düşüncə və riyazi biliklər, hesabat yazma səriştəsi.
  • Dil və komputer bilikləri: Azərbaycan dili (mükəmməl), Rus və İngilis dili (arzuolunandır), Microsoft Office və digər proqramlar.

Tələb olunan təhsil və iş təcrübəsi:

  • Texnki və ya iqtisadi sahə üzrə ali təhsil.
  • Müvafiq sahədə minimum 2 il iş təcrübəsi (Maliyyə, İstehsal prosesi, SƏTƏM və KİS sahələri üzrə iş təcrübəsinə malik olan şəxslər arzuolunandır).

Göstərilən tələblərə uyğun namizədlər azergold.az saytının karyera bölməsindən qeydiyyatdan keçərək müraciət edə bilərlər.

Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.

Oxşar vakansiya siyahısı:

900 — 1100 ₼
1C operator

Camal LTD şirkəti 1C operator vəzifəsi üzrə vakansiya elan edir. Məsulliyyətli, ciddi və işguzar olmalıdır. ...

Camal LTD

07.08.2025 - Bakı

Əməliyyat risklərinin idarə edilməsi üzrə aparıcı/baş mütəxəssis

Premium Bank Əməliyyat risklərinin idarə edilməsi üzrə aparıcı/baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Premium Bank

24.07.2025 - Bakı

Aparıcı Mühasib

INEO Group şirkəti Aparıcı Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

INEO Group

24.07.2025 - Bakı

Aparıcı Mühasib

INEO Group şirkəti Aparıcı Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

INEO Group

17.07.2025 - Bakı

500₼
Xəzinədar

Sağlam Ailə Xəzinədar vəzifəsi üzrə vakansiya elan edir. ...

Sağlam Ailə

16.07.2025 - Bakı

500 — 600 ₼
1C Operator

Dashyunu.az MMC şirkəti 1C Operator vəzifəsi üzrə vakansiya elan edir. Analitik düşüncə qabliyyəti və riyazi bilik səviyyəsi olmalıdır. ...

Dashyunu.az MMC

16.07.2025 - Bakı

400 — 700 ₼
Mühasib – aktuar

Meqa Həyat Sığorta şirkəti Mühasib - aktuar vəzifəsi üzrə vakansiya elan edir. ...

Meqa Həyat Sığorta

16.07.2025 - Bakı

3000₼
Maliyyə Direktoru

Dashyunu.az MMC şirkəti Maliyyə Direktoru vəzifəsi üzrə vakansiya elan edir. ...

Dashyunu.az MMC

14.07.2025 - Bakı

1000₼
Baş Kredit Mütəxəssisi

Brand Credit BOKT Baş Kredit Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...

Brand Credit BOKT

09.07.2025 - Bakı, Bərdə

700₼
Aparıcı kredit mütəxəssisi

Əmək haqqı 700 + Bonus. Brand Credit BOKT Aparıcı Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...

Brand Credit BOKT

09.07.2025 - Bakı, Bərdə

Kredit Mütəxəssisi

Brand Credit BOKT Kredit Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Brand Credit BOKT

09.07.2025 - Bakı