Daxili kommunikasiya üzrə Aparıcı mütəxəssisi
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Kapital Bank Daxili kommunikasiya üzrə Aparıcı Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Rus dilində yaxşı səviyyədə bilməlidir.

Ümumi məlumat

Kapital Bank namizədləri İnsan resurslarının idarə edilməsi departamentinin Yerləşdirmə və koordinasiya şöbəsinin Daxili kommunikasiya üzrə Mütəxəssis və ya Aparıcı mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

  • Daxili kommunikasiya sisteminin təkmilləşdirilməsi və inkişaf etdirilməsi;
  • Daxili kommunikasiya kanallarının idarə edilməsi;
  • Kommunikasiya prosesinin davamlılığının təmin edilməsi üçün müxtəlif görüşlərin, fokus qrupların və s. keçirilməsi;
  • Bankın əməkdaşları arasında əlaqələndirmə və koordinasiya işinin həyata keçirilməsi.

Tələblər

  • Ali təhsil;
  • Sahə üzrə ən az 2 il iş təcrübəsi;
  • Azərbaycan dilində mükəmməl yazı və səlis şifahi ünsiyyət bacarıqları;
  • Rus dilində yaxşı səviyyədə ünsiyyət və yazı bacarıqları;
  • İngilis dilində yaxşı səviyyədə ünsiyyət və yazı bacarıqları;
  • MS Office proqramlarının biliyi;
  • Komandada işləmə bacarığı;
  • Yüksək motivasiya və əla kommunikasiya bacarıqları;
  • Təşəbbüskarlıq;
  • Çeviklik;
  • Diqqətlilik.

CV-lərinizi, mövzu hissəsində “İnsan resurslarının idarə edilməsi departamentinin Yerləşdirmə və koordinasiya şöbəsinin Daxili kommunikasiya üzrə Mütəxəssis və ya Aparıcı mütəxəssisi” qeyd etməklə recruitment@kapitalbank.az e-mail ünvanına göndərə bilərsiniz.

Oxşar vakansiya siyahısı:

Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti)

PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

PASHA Bank

07.05.2025 - Bakı

Mühasib

Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...

Mətanət A

07.05.2025 - Bakı