Qısa məzmun
AzeriMed LLC Daxili Auditor vəzifəsi üzrə vakansiya elan edir.
Tələblər:
- Yaş: 20-35;
- Təhsil: Tibbi, iqtisadi və ya digər analitik ixtisaslar üzrə ali və ya orta ixtisas təhsili;
- Kompüter bilikləri: MS Office proqramlarından istifadə bacarığı;
- Təcrübə: Aptek sahəsində satış üzrə təcrübə yaxud audit təcrübəsi arzuolunandır;
- Ezamiyyəyə açıq olmalı və növbəli rejimdə işə çıxa bilməli;
- Yeni məlumatları qəbul edib operativ şəkildə tətbiq edə bilməli;
- Analitik təfəkkür;
- İşində peşəkar, məsuliyyətli, ünsiyyətcil, səbrli və inkişafa meyilli;
- Komandada işləmə bacarığı.
Vəzifə öhdəlikləri:
- İllik Audit planına və plandan kənar qrafikə əsasən, apteklərə audit vizitlərinin keçirilməsi;
- Təyin edilmiş ölkədaxili ərazilər üzrə ezamiyyətlərə gedilməsi;
- Audit viziti zamanı qarşılaşılan problemli situasiyaların analiz edilməsi, risklərin müəyyənləşdirilməsi, təhlili və tövsiyələrin hazırlanması;
- Rəhbərlik tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi və müvafiq şəkildə hesabatların verilməsi;
- Şirkətdaxili konfidensiallığa riayət olunması;
- Audit vizitinin nəticəsinə uyğun olaraq statistik, risk hesabatlarının və iş planlarının təqdim edilməsi.
İş şəraiti:
- Əmək haqqı: 500-600 AZN gross
Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Daxili Auditor” qeyd etməklə göndərmələri xahiş olunur.
Əlavə suallar üçün 055-455-84-04 (Whatsapp) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
Oxşar vakansiya siyahısı:
Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti)
PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mühasib
Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...